“Yaşıl yem istehsalı kompleksi” layihəsinin təqdimatı keçirilib



Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə innovativ qurğuların nümayişi keçirilib

Sumqayit.tv xəbər verir ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə hidroponika üsulu ilə “Yaşıl yem istehsalı kompleksi” layihəsinin təqdimatı keçirilib. Fermerlər, müxtəlif rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə keçirilən təqdimat mərasimində yem konteyneri və aqro-robot qurğuları nümayiş olunub.
Təqdimat zamanı bildirilib ki, kənd təsərrüfatının heyvandarlıq sahəsində yemə olan tələbatın ödənilməsi məqsədilə bütün növ təsərrüfatlar üçün optimal olan yaşıl yem istehsalı qurğusu yaradılıb. Bu mobil konteynerler və stasionar kompleksler 7 gün (1 kq əkin materialı 5-9 kq yaşıl yem) müddətində toxumluq dəni yaşıl yemə çevirmək qabiliyyətinə malikdir. Hidroponika üsulu ilə hazırlanan yaşıl yemin tərkibi vitamin və bioloji aktiv maddələrlə zəngin hesab olunur. Təsərrüfatın ölçüsündən asılı olaraq konteynerdən gündəlik minimum 50 kq, maksimum 20 ton yaşıl yem əldə etmək mümkündür. Qeyd edək ki, heyvandarlıqda müstəqil surətdə yetişdirilmiş dənli və paxlalı bitkilərin toxumlarından alınan yaşıl yemin tətbiqinə keçid ət-süd məhsulları istehsalının həcminin, onun keyfiyyətinin yaxşılaşdırılması ilə eyni vaxtda artırılması üçün əlverişli üsuldur.
Avtomatlaşdırılmış hidropon yaşıl yem istehsalı kompleksinin təqdimatından sonra kənd təsərrüfatında suvarma, alaq otlarına qarşı mübarizə və məhsul yığımının avtomatlaşdırılması kimi funksional imkanları özündə cəmləşdirən aqro-robotlar nümayiş etdirilib.
Təqdimatı edilən avadanlıq və qurğuların aqrar sahənin inkişafına verəcəyi töhfədən bəhs olunub. Qeyd edilib ki, yaxın günlərdə mobil konteynerlərin ölkənin bir çox bölgələrində nümayişinin keçirilməsi nəzərdə tutulur.
“Yaşıl yem istehsalı kompleksi” layihəsinin təqdimatı keçirilib





3-11-2021, 12:18 184

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 20:06
Bu gün, 17:12
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964