Aqrar Sığorta Fondu UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb



Azərbaycanda iqtisadi ixtisaslı mütəxəssislərin hazırlanması üzrə ölkənin aparıcı təhsil mərkəzi olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Aqrar Sığorta Fondu arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb.

Sumqayit.tv
xəbər verir ki, UNEC rektoru, professor Ədalət Muradov və Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun imzaladığı sənəd Universitet və Fond arasında müxtəlif sahələrdə geniş əməkdaşlığı nəzərdə tutur.
Memoranduma əsasən tələbələrin Fondda təcrübələrinin təşkili, gələcək perspektivdə məzunların işlə təmin olunması, sertifikatlı yay təcrübə proqramlarının keçirilməsi, təhsil və aqrar sığorta sahələrində əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub. Sənəddə qeyd olunan məsələlərlə bağlı, qurumlar arasında menecment, sığorta işi və aqrar sığorta sahəsində birgə tədbirlər keçiriləcək, sosial layihələr və birgə innovasiyalar icra olunacaq, konfrans və seminarlar təşkil olunacaq, eləcə də ictimai əhəmiyyət kəsb edən təşəbbüslər dəstəklənəcəkdir.
İmzalanma mərasimində çıxış edən rektor professor Ədalət Muradov tələbələrin təcrübələrinin təşkili üçün əlverişli mühitin yaradılmasının, eləcə də məzunların işlə təmin olunmasının vacibliyindən danışıb. Əmək bazarının seqmentləşdiyini diqqətə çatdıran rektor, universitetlərin kadr hazırlığını əmək bazarının tələblərinə uyğun aparmamalı olduğunu bildirib: “Hər bir universitet öz gələcəyini necə görürsə, həmin modelin reallaşdırılmasına doğru hərəkət etməlidir”, deyib.
Rektor bildirib ki, Aqrar Sığorta Fondu ilə başlanan əməkdaşlıq çərçivəsində UNEC tələbələrinin ölkədə aqrar sığortanın təbliği ilə bağlı tədbirlərə də cəlb olunması imkanı yaranır. Bundan başqa, imzalanan sənəd aqrar sığorta ilə bağlı elmi araşdırmaların aparılmasına şərait yarada bilər.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov ölkədə aqrar sığortanın əhatə dairəsinin sürətlə genişləndiyini vurğulayaraq, bu istiqamətdə tətbiq olunan yeniliklərdən söz açıb. ASF rəhbərinin sözlərinə görə, UNEC-in müxtəlif ixtisasları təmsil edən tələbələrinə Aqrar Sığorta Fondu ilə yanaşı, bu sistemdə təmsil olunan şirkətlərdə təcrübə keçmək və gələcəkdə işlə təmin olunması imkanı yaradılacaq. Bundan başqa, təcrübə proqramlarında iştirak edən tələbələrə əvvəlcədən hələ universiteti bitirmədən gələcək dövr üçün iş təklifi («job offer») edilməsi də mümkündür.
UNEC-lə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Fond sədri memorandumun hər iki tərəf üçün faydalı olacağını bildirib.
Aqrar Sığorta Fondu UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb Aqrar Sığorta Fondu UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb



3-11-2021, 12:48 205

Digər xəbərlər

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

Sumqayıtın tanınmış ictimai-siyasi siması Qüdrət Kərimov vəfat edib

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 17:12
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
3-07-2025, 17:30
1 2 3 4 5 6 7 8 9 10 ... 964