Aqrar subsidiyalar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı əsasında veriləcək



Bölgələrdə məlumatlandırma sessiyaları davam edir
 
Payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyanı prosesinin sürətləndirilməsi məqsədilə rayonlarda məlumatlandırma sessiyaları davam edir. Son üç həftə ərzində 30-dan artıq rayonda keçirilmiş sessiyalarda Aqrar Subsidiya Şurasının qəbul etdiyi qərarlar, bəyan prosesinin sürətləndirilməsinin zəruriliyi, torpaq nümunələrinin aqrokimya laborarotiyalarına təqdim olunması proseduru, aqrar sığorta mexanizminin üstünlükləri, fermerlərin torpaq üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və digər məsələlər barədə ətraflı məlumat verilib.
 

Neftçala və Salyan rayonlarında keçirilən görüşlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfael Quliyev bildirib ki, son illər aqrar sahədə aparılan islahatların əsas istiqamətlərindən biri fermerlərə dövlət dəstəyi mexanizminin elektronlaşması, subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilməsidir. Subsidiyalar artıq çoxsaylı kağız sənəd toplamadan, yalnız fermerin təqdim etdiyi torpaq sənədləri və əkin bəyanı əsasında verilir. Dövlət dəstəyindən daha çox fermerin yararlana bilməsi üçün torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərin alınması vacibdir və bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 7 oktyabr tarixində “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərman qəbul olunub.
 
Fərmana əsasən, rayon aqrar islahat komissiyalarının qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması təmin ediləcək. Bu məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq islahatı ilə əlaqədar tərtib olunan və müvafiq rayon aqrar islahat komissiyaları tərəfindən təsdiq olunmuş hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsində göstərilən ölçüdə torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınır. Fərmanda qeyd olunur ki, 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək. Bu səbəbdən vətəndaşlar dövlətin yaratdığı imkanlardan faydalanaraq torpaq üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməlidirlər. Görüşdə Fərmanın icra mexanizmi ilə bağlı suallar ətraflı cavablandırılıb.
 
Qeyd olunub ki, payızlıq əkinlərin bəyanı üçün müəyyən edilmiş müddət dekabrın 30-da başa çatır və fermerlər bu müddətə kimi öz əkinlərini EKTİS-də bəyan etməlidir. Reqlamentə əsasən, payızlıq əkinlərə görə subsidiyalar fevral ayından başlayaraq vətəndaşların “Fermer kart”ına  köçürüləcək. Bu səbəbdən payızlıq səpini başa çatdırmış vətəndaşların son müddəti gözləmədən əkinlərin bəyan etməsi, 10 hektardan artıq sahəsi olan fermerlərin öz əkinləri üzrə sığorta müqaviləsi bağlaması, 5 hektardan çox sahəsi olan fermerlərin isə torpaq nümunələrindən analiz verməsi vacibdir.
 
Görüşlərdə iştirakçıların sualları cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.
Məlumatlandırma sessiyaları bu həftə başa çatır. 
2025-ci ildən aqrar subsidiyalar yalnız daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək 2025-ci ildən aqrar subsidiyalar yalnız daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək 2025-ci ildən aqrar subsidiyalar yalnız daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək 2025-ci ildən aqrar subsidiyalar yalnız daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək

10-12-2021, 10:45 229

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041