Toxumluq kartof sortlarının təqdimatı keçirilib


“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı” üzrə   icra edilən “Azərbaycanda sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması” layihəsi çərçivəsində yeni yaradılan kartof sortlarının təqdimatına dair tədbir baş tutub.

Sumqayit.tv xəbər verir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda baş tutan tədbirin əsas məqsədi toxumluq kartof istehsalı, məhsulların tanıdılması və satışında maraqlı olan potensial toxum şirkətləri və fermerləri bir araya gətirmək olub. Tədbirin iştirakçılarına layihə çərçivəsində görülmüş işlər barədə məlumatlar verilib və İnstitutun biotexnologiya laboratoriyasında aparılan təqdiqatlar və istixanada yetişdirilmiş yeni kartof sortları təqdim olunub. Tədbirdə layihə çərçivəsində nəşr edilən  “Kartof bitkisində yayılmış xəstəlik və zərərvericilərin diaqnostikası” adlı əyani vəsaitin təqdimatı da baş tutub.
Azərbaycanda ilk dəfə olaraq laboratoriya şəklində istehsal edilən sağlam kartof toxumları çoxaldılaraq artıq açıq sahədə əkilir və növbəti illərdə yüksək keyfiyyətli toxum əldə edilməsi üçün istifadə edilməsi planlaşdırılır. Bu prosesin eyni zamanda özəl təsərrüfatlarda da genişləndirilməsi nəzərdə tutulur. İnnovativ üsulların tətbiqi ilə bu sahədə həm məhsuldarlığı həm də gəliri yüksəltmək hesabına kartof toxumçuluğu təsərrüfatlarının genişləndirilməsi planlaşdırılır.
Hazırda FAO-nun dəstəyi ilə İnstitutun nəzdində yaradılan laboratoriyalarda mütəxəssisələrin hazırlanması həyata keçirilir və mini yumruların (kartof sortu) istehsalının genişləndirilməsi üçün müvafiq tədbirlər davam etməkdədir.
Toxumluq kartof üzrə yeni yaradılan kartof sortlarının təqdimatı baş tutub. Toxumluq kartof üzrə yeni yaradılan kartof sortlarının təqdimatı baş tutub.Toxumluq kartof üzrə yeni yaradılan kartof sortlarının təqdimatı baş tutub.







2-02-2022, 10:03 184

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041