Hərracda 16 nəqliyyat vasitəsi özəlləşdirilib


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən martın 15-də keçirilən hərracda 16 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 102 sifariş qəbul olunub, bunun 18-i elektron qaydada həyata keçirilib. Hərracda qalib şəxslərdən biri onlayn qatılan sifarişçi olub.


Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları hərraclarda iştirakı daha da sadələşdirib. Bu isə, hərraclara qatılanların sayında artıma səbəb olur. Nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması bunun göstəricisidir. Belə ki, ilkin satış qiyməti 6.000 manat olan “Honda CR-V” markalı avtomobilə edilən ən son təklif 2,5 dəfədən çox artaraq 15.700 manat olub. Bundan başqa, ilkin satış qiyməti 6.500 manata olan “Hyundai Sonata” markalı maşın 13.331 manata  özəlləşdirilib.  
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3KHnUeo )   
Məlumat üçün bildiririk ki, mart ayında daha 3 özəlləşdirmə hərracı keçiriləcək.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

16-03-2022, 14:02 215

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086