Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.
Azərbaycan neftinin 1 barelinin qiyməti 5,93 ABŞ dolları, yaxud 5,46 % azalaraq 102,69 ABŞ dollarına düşüb.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.