Bakıda və regionlarda “KOB Fest” təşkil olunacaq



Bakıda və ölkə regionlarında mikro və kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətlərindən ibarət sərgi-satış yarmarkaları – “KOB Fest” keçiriləcək.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunacaq yarmarkaların məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi və satışına dəstək olmaq, eləcə də yerli məhsulların tanıdılmasıdır. Yerli istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqə yaradacaq yarmarkalar KOB-ların məhsullarının daha çox satılması və tanıdılması ilə yanaşı, KOB-lar və təchizatçılar arasında işgüzar əlaqələrin qurulmasını, həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin satış imkanlarının genişləndirilməsini də hədəfləyir.
 İlk “KOB Fest” – sərgi-satış yarmarkası 25-26 aprel tarixlərində “İçərişəhər”də təşkil olunacaq. 25 aprel - Sahibkarlar Gününə həsr ediləcək yarmarkada KOB subyektlərinin istehsal etdikləri qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri, eləcə də KOB-lar tərəfindən göstərilən xidmətlər təqdim ediləcək. Yerli startaplar da öz məhsul və xidmətləri ilə yarmarkada təmsil olunacaqlar. Yarmarka çərçivəsində həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçiriləcək, biznes xidmətlər, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunacaq.
Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər. Müraciətlər elektron qaydada qəbul olunur: https://smb.gov.az/az/contact-form/exhibition-form/1
KOBİA Bakı sakinlərini və şəhərimizin qonaqlarını 25-26 aprel tarixlərində “İçərişəhər”də (Qoşa Qala Meydanı) keçiriləcək “KOB Fest” - sərgi-satış yarmarkasına dəvət edir.


8-04-2022, 16:36 199

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059