“MEDEF International” ilə görüş


Fransanın “MEDEF International” təşkilatının baş icraçı direktoru Filip Qotyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyində görüş keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin Fransa ilə iqtisadi, humanitar və mədəniyyət sahələrində əməkdaşlığını qeyd edib, “MEDEF International” təşkilatının iki ölkənin biznes dairələri arasında işgüzar əlaqələrin inkişafında rolunu vurğulayıb. Bildirilib ki, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən Fransa şirkətləri Azərbaycanda fəaliyyət göstərir, bir sıra infrastruktur layihələrinin reallaşmasında podratçı kimi iştirak edirlər. Fransa nümayəndə heyətinə həmçinin, ölkəmizin iqtisadi inkişafının əsas prioritetləri və Azərbaycan İnvestisiya Holdinqinin dövlət şirkətləri ilə bağlı həyata keçiridiyi islahatlar, tətbiq edilən müasir korporativ idarəetmə metodları barədə məlumat verilib.
Fransanın “MEDEF İnternational” təşkilatının baş icraçı direktoru Filip Qotye Azərbaycanda keçirdikləri görüşləri müsbət qiymətləndirib, təmsil etdiyi qurumla əməkdaşlığın postpandemiya dövründə də davam etdirilməsinin önəmini qeyd edib. Filip Qotye Azərbaycanın regionda etibarlı tərəfdaş olduğunu vurğulayıb, “MEDEF International”ın Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə səmərəli əməkdaşlığı davam etdirəcəyini bildirib.
Fransanın Azərbaycandakı səfiri Zakari Qros Fransanın biznes dairələrinin geniştərkibli nümayəndə heyətinin ölkəmizdəki görüşlərinin Azərbaycanın işgüzar dairələri ilə əlaqələrin inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycanın Avropa şirkətləri, eləcə də fransalı iş adamları üçün dayanıqlı və təhlükəsiz biznes mühitinə malik olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan-Fransa iqtisadi-ticarət əlaqələrinin inkişafı, nəqliyyat, enerji, o cümlədən hidrogen istehsalı və s. sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb.

11-04-2022, 17:28 213

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086