Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.Sumqayit.tv xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,62 ABŞ dolları, yaxud 0,58% artaraq 107,34 ABŞ dollarına yüksəlib.
Qeyd edək ki, dünən “Brent” markalı neftin bir bareli 104,95 ABŞ dolları olub.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.