ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,21% azalaraq 1 barelə görə 75,39 dollar təşkil edib.
Sumqayit.tv-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,16% azalaraq 74,44 dollar təşkil edib.