ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 1,57% azalaraq 1 barelə görə, 120,1 dollar təşkil edib. Sumqayit.tv xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,59% azalaraq 118,75 dollara bərabər olub.