2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsi müzakirə olunacaq.
Sumqayit.tv xəbər verir ki, bununla bağlı "2022-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu"na dəyişikliklər təklif edilir.
Sözügedən dəyişikliklərin parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirələrdən sonra plenar iclasa tövsiyəsi gözlənilir. Komitə məsələyə iyunun 20-də baxacaq.