Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Sumqayit.tv Xeberle.com-a istinadən dünya bazarında Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,72 ABŞ dolları və ya 0,6% azalaraq 110,52 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.