AMEA-nın sabiq şöbə müdiri həbs edildi - 81 minlik dələduzluq

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Əlibala Ağayevin barəsindəki hökmdən verilən apellyasiya protestinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zəki Babayevin sədrlik etdiyi prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv olunub.
Belə ki, ona təyin olunmuş 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib və Əlibala Ağayev məhkəmə iclası zalından həbs olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, Əlibala Ağayev beş nəfərə qarşı dələduzluq edib. O, Şamilov Əlixan Təhməz oğlu, Mahmudova Adilə Xurşud qızı, Hacıyev Məhyəddin Abdulla oğlu, Qurbanov Seymur Pənah oğlu və Abdullayev Tofiq Şakir oğlunun ümumilikdə 81 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Əlibala Ağayev həmin şəxslərin yaxınlarının təhsil məsələsi və məhkəmə işlərini həll edəcəyinə dair vəd verib. Lakin sonradan vədinə əməl etməyib.
Daha sonra o, zərərçəkmişlərin şikayəti əsasında saxlanılıb.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə Əlibala Ağayev 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Bu hökmdən dövlət ittihamçısı narazı qalıb və apellyasiya şikayəti verib.
Qeyd edək ki, Əlibala Eldar oğlu Ağayev AMEA Polimer Materialları İnstitutunun Kadrlar şöbəsinin keçmiş rəisi vəzifəsində çalışıb.
O, Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə təqsirli bilinib və 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Əlibala Ağayev həbs olunana qədər həmin cəzasını çəkib qurtarmışdı.



16-11-2022, 18:00 205

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086