Sumqayit.tv xəbər verir ki, Covid-19 pandemiyası ilə əlaqədar bir çox məhdudiyyətlər tətbiq olunur. Rəsmi açıqlanan məlumatlardan savayı, market və avtobuslarda indidən bəzi qadağalara hazırlıq gedir. Belə ki, sentyabrın 1-dən covid pasportu olmayan şəxslərin Sumqayıt şəhərində fəaliyyət göstərən avtobus və marketlərə girişi məhdudlaşdırılacaq. Ancaq bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama yoxdu.
Xatırladaq ki, Operativ Qərargahın son iclasında bildirilmişdi ki, yalnız iri ticarət mərkəzləri, iaşə obyektləri və mehmanxanalarda covid pasportu olmadan giriş qadağan olunmuşdur.