Sumqayıtda çaşqınlıq: sabahdan avtobuslarda da COVID-19 pasportu tələb olunacaq? – RƏSMİ AÇIQLAMA + HÜQUQŞÜNAS RƏYİ


Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən Azərbaycanda restoranlar, iri ticarət mərkəzləri, mehmanxalar və s. yerlərə giriş üçün COVID-19 pasportu tələb ediləcək. Qərara əsasən, yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə (qapalı məkanda) göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər: - ictimai iaşə müəssisələrində; - mehmanxanalarda; - iri ticarət mərkəzlərində. Sumqayıtda insanlar arasında isə qərarla bağlı çaşqınlıq yaranıb. Xeberle.com-un araşdırmasına görə, buna səbəb şəhərdə fəaliyyət göstərən ictimai nəqliyyatda vurulan elan lövhələri ilə bağldır. Xəbərdarlıq xarakteri daşıyan elanlarda bu ifadələr yer alıb: Sumqayıtda çaşqınlıq: sabahdan avtobuslarda da COVID-19 pasportu tələb olunacaq? – RƏSMİ AÇIQLAMA + HÜQUQŞÜNAS RƏYİ "HÖRMƏTLİ SƏRNİŞİNLƏR! 01 Sentyabr 2021-ci il tarixindən bütün qapalı məkanlara daxil olarkən COVİD-19 pasportunu təqdim etməlisiniz! Əks halda içəri buraxılmayacaqsınız! Özünün və ailə üzvlərinizi qoruyun, COVID-19 əleyhinə peyvənd vurdurun” Bu elan bəzi şəhər sakinləri arasında çaşqınlıq yaradıb. Onlar düşünürlər ki, sentyabrın 1-dən Sumqayıtda COVİD-19 əleyhinə peyvənd pasportu olmasa, ictimai nəqliyyatdan istifadə etməkdən məhrum olacaqlar. Məsələyə aydınlıq gətirmək üçün Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi ilə əlaqə saxladıq. İdarənin rəis müavini Tofiq Saydumov Xeberle.com-a açıqlamasında sabahdan ictimai nəqliyyatda nəzarət tədbirlərinin gücləndiriləcəyini və avtobuslara vurulan xəbərdarlıq xarakterli elanların maarifləndirici xarakter daşıdığını bildirdi. O, yoluxma sayının artdığı və ölüm faktlarının çoxaldığı dönəmdə belə təbliğat xarakterli materialların vacibliyini vurğulayıb. İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin narahatçılığına gəldikdə isə rəis müavini avtobuslarda tibbi maskadan istifadənin, sosial məsafəni qorunmağın zərurliyindən danışıb və qaydalara əməl etməyən şəxslərə qarşı qanunvericiliyin tələblərinə uyğun addımlar atılacağını söyləyib: "Sərnişinlərin həmçinin COVID-19 əleyhinə peyvənd olunması vacibdir. Sağlamlığımızın qeydinə qalmalıyıq. Peyvənd olunmayanların avtobuslara buraxılmaması ilə bağlı Operativ Qərargahın tətbiq etdiyi hər hansı bir qərar yoxdur. Və xəbərdarlıq xarakterli elanlar da insanları peyvənd olunmağa sövq etmək üçündür”. Hüquqşünas Ramil Süleymanov isə Xeberle.com-a açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın vaksin olunmayanlarla əlaqəli sentyabrın 1-dən qüvvəyə minəcək bəzi qadağaları ( ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər) var: "Lakin qanunda ictimai nəqliyyatdan istifadəyə qadağa olmadığı halda kimlərinsə özbaşına qaydalar tətbiq etməyə səlahiyyəti yoxdur. Ayrı seçkiliyə məruz qalan vətəndaş bu haqda müvafiq qurumlara şikayət ərizəsi təqdim edərək sənədləşdirib, ona dəymiş ziyanla əlaqəli məhkəmədə təzminat iddiası qaldıra bilər. Bir müddət sonra Operativ Qərargah sırf istifadədə olan ictimai nəqliyyatla bağlı Covid pasportunun tələbi ilə bağlı qanun qəbul edərsə o zaman qərar qəbul olunduğu gündən növbəti günlərə şamil olunacaqdır. İndiki halda bu qadağanı tətbiq edib, tələb etmək qanunsuzdur. Qanunda qapalı məkanlar anlayışı açıq şəkildə göstərilib. Avtobuslar qapalı məkanlar anlayışının təsiri altına düşmür”. Xədicə Səxavətqızı Xeberle.com

31-08-2021, 23:17 166

Digər xəbərlər

Tramp Putinlə "görüş qapısı"nı tamamilə qapadır: ABŞ indi artıq Rusiyanın məğlub olmasını istəyir

Türkiyədə zəlzələ baş verib

Tramp Putinə Azərbaycandan danışıbmış: Dialoqunun təfərrüatı açıqlandı

Noyabr ayının ən şanslı 4 BÜRCÜ açıqlandı! Pul, eşq və karyera...

Prezident İlham Əliyev avstriyalı həmkarını təbrik edib

Xanbulan gölünün ətrafındakı iaşə obyektləri BAĞLANDI - SƏBƏBVİDEO

Putin nüvə ilə dünyanı hədələyir – “Burevestnik” sınağı Kreml strategiyasında yeni mərhələ kimi

Günay Ağamalı qurultayda baş verənlərlə bağlı bəyanat YAYDI

Türkiyənin "qırmızı bülleten"lə axtardığı doqquz nəfər ölkəyə ekstradisiya olunub

Sarayda avtomobil məktəblini vurdu ölən var

Sumqayıtlı rektorun rəhbərlik etdiyi MDU regionun ən böyük Universitet–Sənaye Sammitinə ev sahibliyi etdi

Vətən Müharibəsi Qəhrəmanının qızı şəhər birinciliyində qızıl medal qazandı

Sumqayıtda kişi yaşadığı evdə ölü halda tapılıb

Sumqayıtda yol qəzası: avtomobil yanıb, 3 nəfər xəsarət alıb

İsrail “Hizbullah”ın məşhur komandirini ÖLDÜRDÜ

Bazar gününün şanslı bürcləri açıqlandı

“Ana Vətən” belə dağıldı: Ata, oğul və qız adına… – Qurultaydan ANBAAN VİDEO

Sumqayıtda sakinləri narahat edən şikayətlər araşdırılıb – Zakir Fərəcov ərazidə olub  

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən beynəlxalq NATO təlimində iştirak edir

Bu vəzifələr LƏĞV OLUNUR

1 2 3 4 5 6 7 8 9 10 ... 974
Bu gün, 16:29
Bu gün, 16:22
Bu gün, 16:17
Bu gün, 16:15
Bu gün, 15:58
Bu gün, 15:47
Bu gün, 15:45
Bu gün, 15:40
Bu gün, 15:33
Bu gün, 15:17
Bu gün, 13:44
Bu gün, 13:20
Bu gün, 13:15
Bu gün, 13:03
Dünən, 21:43
Dünən, 21:39
Dünən, 21:34
Dünən, 21:24
Dünən, 20:25
Dünən, 20:15
Dünən, 19:58
Dünən, 17:39
Dünən, 17:29
Dünən, 17:20
Dünən, 12:07
Dünən, 11:49
24-10-2025, 18:01
24-10-2025, 12:58
24-10-2025, 12:25
24-10-2025, 12:09
24-10-2025, 11:58
24-10-2025, 11:39
24-10-2025, 09:32
23-10-2025, 21:59
23-10-2025, 15:50
23-10-2025, 10:22
23-10-2025, 10:16
23-10-2025, 10:04
23-10-2025, 09:57
22-10-2025, 22:36
1 2 3 4 5 6 7 8 9 10 ... 974