Ərəb mediası İlham Əliyevin səfərini gündəm etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 
Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri bu ölkənin mediasının diqqət mərkəzində olub.
Sumqayit.tV  xəbər verir ki, BƏƏ-nin WAM agentliyi, “Emarat əl Yom”, “Əl İttihad”, “Əl Xalic”, “Əl Bəyan”, “24.ae”, “Al-Ayn”, “Emarat News” qəzet və portallarında Əbu-Dabidəki Əl-Şati sarayında Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü haqqında geniş xəbərlər və məqalələr dərc edilib.
Materiallarda diqqətə çatdırılıb ki, dövlət başçılarının söhbəti zamanı iki dost ölkənin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirilib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti diqqətə çatdırılıb. Qeyd edilib ki, tərəflər Azərbaycanla BƏƏ arasında bərpa olunan enerji və iqtisadiyyatın şaxələndirilməsi üzrə digər sahələrdə planlar, konstruktiv birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Eyni zamanda, bildirilib ki, dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən BƏƏ-nin ev sahibliyi edəcəyi COP-28 iqlim sammiti, bu mötəbər tədbirdə yaşıl iqtisadiyyat sahəsində proqramların təqdim edilməsi məsələlərini də müzakirə ediblər. Xəbərlərdə diqqətə çatdırılıb ki, prezidentlər İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin müxtəlif sahələrdə böyük uğurlar qazandığını da qeyd ediblər.
Prezident İlham Əliyevin həmkarı Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü BƏƏ-nin televiziya kanalları tərəfindən də geniş işıqlandırılıb. “Abu Dhabi TV”, “Al Emarat”, “Baynunah”, “Dubai TV”, “Al Dafra” telekanalları dövlət başçılarının müzakirə etdikləri məsələlər haqqında reportajlar yayıblar.
Müxtəlif KİV-lərdə yayılan xəbərlərdə, həmçinin Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi imzalandığı vurğulanıb.

16-01-2023, 10:03 155

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041