Sumqayıtda 11 nömrəli məktəbdə MƏNİMSƏMƏ: cinayət işi açıldı


Sumqayıtda təhsil müəssisəində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Bu barədə Sumqayıt şəhər prokurorluğundan Sumqayit.tv-yə bildirilib. Belə ki, Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin ayrı-ayrı vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı təhsil müəssisəsində 2019-2022-ci illərdə ölkə hüdudlarından kənarda olduqları vaxtda müəllimlərin dərs saatları tədris etməsi və faktiki tədris edilməyən dərnək məşğələlərin keçirilməsinə dair rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi, müvafiq laboratoriyalar mövcud olmadığı halda laborant vəzifəsinə ayrı-ayrı şəxslərin işə götürüb əmək haqqı verilməsi yol ilə dövlət büdcəsindən ayrılmış 27 min 860 manat vəsaitin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Araşdırmalarla, həmçinin, Sumqayıt şəhər Təhsil Şöbəsi və 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi, onun bazasında yaradılmış Abşeron-Xızı Regional Təhsil İdarəsinin ayrı-ayrı vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində dövlət tərəfindən məktəbə verilən 103 min 130 manat dəyərində inventar avadanlıq və mal-materialların məktəbin vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi və israf olunmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

2-08-2023, 16:38 714

Digər xəbərlər

"Qara kabus"un kölgəsində insan taleləri - Elnarə AKİMOVA

Sumqayıtda yola çıxaraq avtomobillərə mane olan 36 yaşlı qadın müəyyən edildi

BDU-da hüquqşünaslıq üzrə təkrar ali təhsil imtahanından şikayət: “Suallar proqramdan kənar idi”

Sakin haray çəkir: “Əlil arabası ilə bu yoldan keçə bilmirəm”

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu

Sumqayıt bulvarında zibillik görüntüsü – sakinlər şikayət edir

Bir sinif, bir hədəf, bir universitet – Sumqayıtlı bacı-qardaşdan böyük uğur

Universitetlərdə təhsil haqları yenidən artdı

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başladı – MÜDDƏT AÇIQLANDI

Sumqayıtda işləmək istəyənlər üçün fürsət – VAKANSİYA

Türkiyə hərəkətə keçdi: Yunanıstanın Rodos planına sərt reaksiya

“Bu, onun şəxsi işidir” – Çingiz Abdullayev jurnalistlərə səsləndi

İZİA Peşə Təhsil Mərkəzində tələbə qəbulunun II mərhələsi başladı

Bakıda evli qadını şantaj edən şəxs — Həbs olundu

Sumqayıtda "Mahal" MTK tərəfindən ağacların kəsilməsinə dair cinayət işi başlanıb

Sentyabrdan bu dərsliklər yenilənir – ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Sumqayıtda köməksiz qalan şəxs xilas edildi

Son illərdə Sumqayıtın inkişaf dinamikası – RƏQƏMLƏR NƏ DEYİR?

1 2 3 4 5 6 7 8 9 10 ... 1104
Bu gün, 16:12
Bu gün, 15:09
Bu gün, 13:44
Bu gün, 10:35
Bu gün, 10:09
Dünən, 18:40
Dünən, 18:23
Dünən, 16:08
Dünən, 16:06
Dünən, 14:13
Dünən, 12:07
Dünən, 11:25
Dünən, 07:25
Dünən, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
27-08-2026, 08:36
26-08-2026, 20:10
26-08-2026, 15:09
26-08-2026, 14:51
26-08-2026, 14:11
26-08-2026, 13:26
26-08-2026, 12:55
26-08-2026, 12:05
26-08-2026, 10:52
26-08-2026, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1104