Üç dostun üç məhkəmə prosesi – Xruşşov hakimlərdən güllələnmə cəzası tələb edib

 

 
 
Onlar üç dost və həm də “qara” bizneslərində üç şərik olublar -  Yakovlev, Faybişenko və Rokotov. İlk baxışdan, davranışlarından, sakit həyat tərzlərindən 1960-cı illərin sadə sovet vətəndaşlarından heç nə ilə fərqlənməyiblər. Ətrafdakılar, yaxınları və tanışları dostların böyük Moskvanın hansısa bir müəssisəsində işlədiyini düşünüblər. Amma səhər evdən çıxıb axşam evə qayıdan dostlar rəsmi olaraq heç bir yerdə işləməyiblər. Çox keçməmiş isə dostların səsi Almaniyadan gəlib…
Nikita Xruşşov 1960-cı ildə Almaniyada rəsmi səfərdə olarkən bütün görüşlərində sovet həyat tərzi haqında ağızdolusu danışıb, vətəndaşların bərabərliyindən, sosial rifahından, qanunların aliliyindən xarici həmkarlarına pafoslu mühazirələr oxuyub. Belə görüşlərin birində isə alman məmurlarından biri Xruşşovu susdurmağa qərar verib:
“Cənab Xruşşov, mən sizi diqqətlə dinlədim. Amma nəzərinizə bir məsələni də çatdırım ki, dünyanın ən böyük “qara valyuta bazarı” Moskvada fəaliyyət göstərir…”
fbf1676bd115c6d0eb26b2bfa5be39f1.jpg (86 KB)
Bu cavab Xruşşovu mötəbər bir tədbirdə pərt vəziyyətə salıb.
Sovet lideri Moskvaya dönən kimi təcili olaraq Siyasi Büronun iclasını çağırıb. Pərtliyini unutmayan, qəzəbini gizlətməyən Xruşşov SSRİ-də valyuta alverçilərinə qarşı “müharibə” elan edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi tədbir və əməliyyatlar haqqında mütəmadi olaraq rəhbərə məruzə edilib. Xruşşov daha sərt tədbirlərin həyata keçirilməsini tələb edib.
DTK-nın agentura şəbəkəsi vasitəsi ilə aşkar edilib ki, Moskvanın “qara valyuta bazarı”na əsasən üç nəfər nəzarət edir - Yakovlev, Faybişenko və Rokotov.
Dostlar hələ 1950-ci illərin əvvələrindən bu işə girişiblər. Onlar əvvəlcə SSRİ-yə gələn turistlərdən valyuta və mallar (geyim, kiçik texnika, avadanlıq, zinət əşyaları, suvenirlər və s.) alıblar. Daha sonra bu kiçik alış-veriş böyük valyuta alverinə çevrilib.
Hər şeyi son detallarına qədər ölçüb-biçməyi bacaran üçlük daha böyük pullar qazanmaq üçün mürəkkəb mexanizmli şəbəkə yaratmağa nail ola biliblər və Moskvanın “qara valyuta bazarı”nı özlərindən asılı vəziyyətə salıblar.

59960.jpg (80 KB)
Artıq milyonçuya çevrilmiş dostlar dövriyyədən kənardakı şəxsi pullarını təbii ki, heç bir banka yerləşdirə bilməyiblər və böyük məbləğləri evdə saxlamağa məcbur olublar. Xruşşovun elan etdiyi “müharibə”dən xəbərdar olduqdan sonra onlar pulların  yerini tez-tez başqa ünvanlara dəyişiblər. Hətta bir-neçə dəfə izə düşən əməliyyatçıları böyük hiyləgərliklə aldada da biliblər. Dostlar Moskva ətrafındakı bağ evindən çıxarkən DTK əməkdaşları onları saxlayıb. Axtarış aparılarkən onların çantalarından sabun, dəsmal və digər hamam ləvazimatları aşkarlanıb.
Amma üçlük öz pullarını çox da gizlədə bilməyib. Nəhayət, pulların növbəti “yerdəyişməsi” zamanı Yakovlev və Rokotov ələ keçib. Yakovlevin çantasında 1 milyon 800 min, Rokotovun çantasında isə 1 milyon 500 min ABŞ dolları aşkar edilib. Bu məbləğ onların həbsi üçün qanuni əsas verib. Faybişenko da kənarda qalmayıb, onun Marks küçəsində yerləşən qarajından dörd balon zinət əşyaları tapılıb.
Axtarış və əməliyyatların nəticələri Xruşşova məruzə edilib. Xruşşov valyuta alverçilərinə ən ağır cəzaların verilməsini tələb edib.
01001cpa-e2b5_1280x720.jpeg (59 KB)

Həmin dövrün mövcud qanunlarına görə valyuta alverçiləri ilk məhkəmədə ittiham olunduğu maddənin ən yüksək cəza həddinə, 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Bu haqda Xruşşova məruzə ediləndə onun qəzəbi yerə-göyə sığmayıb və cəza müddətinin dəyişdirilməsini göstəriş verib.
Beləliklə, SSRİ-də dünyanın hüquq praktikasında görünməyən bir hadisə baş verib. Cinayət məcəlləsinin müvafiq maddəsində dəyişiklik edilərək valyuta kontarabandası ilə bağlı cəza növü kimi ölüm hökmünün tətbiqi öz əksini tapıb.
Məhkəmə ikinci dəfə üçlüyün işinə baxıb. Bu dəfə onlar 15 il azadlıqdan məhrum ediliblər. Bu hökm də Nikita Xruşşovu qane etməyib.
Üçüncü məhkəmə üçlüyün məhkəmə prosesinə və həm də həyatlarına birdəfəlik son qoyub. Məhkəmənin bu dəfəki hökmü ilə valyuta alverçilərinin hər üçü ən ağır cəzaya, güllənməyə məhkum ediliblər.
//Musavat.com

24-05-2024, 14:06 141

Digər xəbərlər

Məktəblərdə internetlə bağlı yeni layihəyə 8 milyon manat ayrıldı

Novxanı yolunda obyektdə yanğın baş verdi -VİDEO

Sumqayıt şirkəti məhkəmə qərarı ilə cərimə olundu

Sumqayıt buraxılış imtahanlarında yenə ön sıralarda

Sumqayıtda dezinfeksiya işləri gündəlik qrafik üzrə davam etdirilir

 Azərbaycan dili: milli kimliyimizin əbədi dayağı

Yaxın illərdə Sumqayıta metro xəttinin çəkilməsi nəzərdə tutulur

Ali Məhkəmə Sumqayıt məhkəməsinin qərarını ləğv etdi

Rafael Ağayevdən vəfat edən atası ilə bağlı duyğusal paylaşım

Avro və rubl yüksəldi – Dollar dəyişmədi

Külək Bakı–Sumqayıt qatarının hərəkətində ləngiməyə səbəb oldu

Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı

925 ailənin illərlə gözlədiyi problem həll olunur – "Stansiya Sumqayıt"da kanalizasiya xəttinin çəkilişinə başlanılıb-FOTO

Sumqayıtda zavod tüstüsü ilə bağlı narahatlıq: Sakinlər hər gün qalın tüstü müşahidə etdiklərini bildirirlər

Donald Tramp 2028-ci il seçkilərinə işarə edən fotolar paylaşdı

Sosis və kolbasa sevənlərin nəzərinə: Xərçəng riski ilə əlaqələndirilir

Sağlam cəmiyyət ailədən başlayır” layihəsi çərçivəsində milli ailə dəyərlərinə həsr olunmuş dəyirmi masa keçirilib-FOTO

Coratda faciə: Dənizdə batan şəxs müstəntiq imiş

Sumqayıtın 10-cu mikrorayonunda sakinləri narahat edən problem – çəyirtkə və həşəratların sayı artıb

SDU-nun dosentinə beynəlxalq universitetdən mühüm vəzifə

1 2 3 4 5 6 7 8 9 10 ... 1088
Bu gün, 17:27
Bu gün, 14:50
Bu gün, 13:53
Bu gün, 11:57
Bu gün, 11:50
Bu gün, 11:29
Bu gün, 10:20
Bu gün, 10:18
Bu gün, 10:16
Bu gün, 09:51
Bu gün, 09:45
Bu gün, 09:41
Bu gün, 09:30
Bu gün, 07:23
Bu gün, 06:42
Bu gün, 06:29
Dünən, 23:24
Dünən, 13:35
Dünən, 13:15
25-07-2026, 18:06
25-07-2026, 15:43
25-07-2026, 15:03
25-07-2026, 14:47
25-07-2026, 11:00
25-07-2026, 10:50
25-07-2026, 10:46
25-07-2026, 10:44
25-07-2026, 10:36
25-07-2026, 10:21
24-07-2026, 20:10
24-07-2026, 16:04
24-07-2026, 15:53
24-07-2026, 14:43
24-07-2026, 14:34
24-07-2026, 14:33
24-07-2026, 14:19
24-07-2026, 13:25
24-07-2026, 12:34
24-07-2026, 12:30
24-07-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1088