Bu dəfə Naxçıvanikdən Çingizlə QAYITDIM... - Vahid Mustafayev elə bir VİDEO paylaşdı ki...

 



Bu dəfə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət etdik. Çox sağ olsun, həmən müsbət cavabla bizi sevindirdi və... Və mən, qardaşım Seyfulla, Sevda Həsənova (Böyük Seva) və oğlum Çingiz Mustafayev Qarabağa yollandıq - qardaşım Çingizin ad günü ərəfəsində onun Şəhid olduğu ərasini ziyarət etmək üçün.
Mənim üçün çox çətin idi bu səyahət. Yolüstü keçdiyimiz Ağdamda son günlərə qədər döyüşən ağdamlıların yanında idim və hər küçə və ya ondan qalan yollarda bir-bir itirdiyim dostlarımın ağrı-iniltisini yenidən eşitdim. Əsgərandan keçib Naxçıvanikə qalxanda bu ağrı-inilti daha da möhkəmləndi...
Pulemyot atəşi ilə qarnı yırtılmış və bütün bağırsaqları üzə çıxmış gənc əsgəri gördüm. Məndən soruşurdu ki, nə olub, necədir, böyükdür yaram? Görürdüm ki, az qalıb, odur ki, təsəlli verirdim ki, narahat olma, ciddi bir şey yoxdur. Elə başını qaldırıb baxmaq istəyəndə qoymurdum, sığallayırdım başını ki qaldırmasın. Portağal rəngli dərman qutumda iki flakon “Piramidol” var idi. Birini vurdum baldırına. Bilmirdim nə edirdim... Atışma davam edirdi, hətta nəfəsimizdə də qurğuşun var idi. Deyirdim, döz bir az da, “sançast” maşını indi gələcək. Gör sənin toyunda biz necə rəqs edəcəyik. Ağzıma gələni deyirdim ki, ona danışmağa, məndən nəsə soruşmağa imkan verməyim... Amma artıq son iki dəqiqəni meyitlə danışırdım. Kimin oğlu idi bu, kimin qardaşı idi? Yəqin ki, həmin bu sualı yaralı Çingizi döyüş meydanından çıxartmaq istəyən mənim kimi zavallılar da soruşurdu...
Nalələr Bakıya qayıdana kimi məni buraxmadı...
Niyə getdim ora? Son vaxtlar onunla bu döyüşdə olmayan, ümumiyyətlə Naxçıvanikdə olmayan, yazı yazıb video çəkənlər qardaşım Çingizin həlak olduğu yer barədə düzgün olmayan məlumatlar veriblər millətə. Bunu belə qoymaq olmazdı. Külli miqdarda yerli və xarici Çingizsevərlər onu ziyarət etmək istəyəcək və buna görə də Çingizin Şəhid olduğu yeri dəqiq bilməlidirlər! Bu idi amalım. Yerinə yetirdim!
Allah btün Şəhidlərimizə rəhmət eləsin, elə Çingizə də, o toyunda oynaya bilmədiyim adsız qardaşıma da.
Lakin 1992-ci ildən fərqli olaraq bu dəfə Naxçıvanikə mənimlə gedən Çingiz Mustafayevlə geri qayıtdım. Şükür Allaha! 9 yaşı var və in şa Allah, həyatında müharibə görməz!
Vahid Mustafayev 

28-08-2024, 12:56 97

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041