Sumqayıtda gənclərin birliyi Qərbi Azərbaycana qayıdış ruhunu gücləndirib - FOTO

Sumqayıt Muğam Mərkəzində Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt nümayəndəliyinin Gənclər Birliyinin təşkilatçılığı ilə “Birlikdən doğan güc – Qərbi Azərbaycana gedən yol” adlı tədbir keçirilib.

Sumqayit.tv-in verdiyi məlumata görə, toplantı Azərbaycan gəncliyinin könüllülük fəaliyyətinə, milli həmrəyliyə və Qərbi Azərbaycana qayıdış ideyasına həsr olunub. 

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədov, şəhərin idarə və müəssisə rəhbərləri, şəhər ağsaqqalları, ictimai birliklərin nümayəndələri və müəllimlər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılışında Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov çıxış edərək qeyd edib ki, Qərbi Azərbaycana qayıdış ideyası yalnız bir bölgəyə dönüş arzusu deyil, xalqın tarixi ədalətinin və milli yaddaşının bərpasıdır. O vurğulayıb ki, “Birlikdən doğan güc” bu mənəvi yolun əsas dayağı, ən böyük qüvvə isə milli həmrəylik və gəncliyin enerjisidir.

Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov isə partiyanın gənclər siyasətindən və könüllülük hərəkatına verdiyi dəstəkdən danışaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər dövlətin inkişaf strategiyasının aparıcı qüvvəsinə çevriliblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin Gənclər Birliyinin sədri Fuad Məmmədov “Könüllülük sisteminin gələcəyə töhfəsi” mövzusunda çıxışında qeyd edib ki, könüllülük sadəcə yardım deyil, vətəndaş məsuliyyətinin və milli şüurun təzahürüdür. O, bütün Azərbaycan gənclərini Qərbi Azərbaycana qayıdış missiyasına könüllü şəkildə qoşulmağa çağırıb.

Şəhid Rüfət Əhmədzadənin anası Ruhiyyə Əhmədova çıxışında vətən sevgisi, mərdlik və milli dəyərlərə sədaqət mövzusunda fikirlərini bölüşüb. O, şəhidlərin ruhuna ən böyük hörmətin onların arzularını yaşatmaq və Vətənə xidmət olduğunu bildirib.

Gənc fəal Nuridə Əhmədova “Könüllülük nədir?” mövzusunda təqdimatında bildirib ki, Qərbi Azərbaycana gedən yol yalnız torpağa deyil, həm də mənəviyyata və milli kimliyə qayıdışdır.

Moderator İmran Hüseynlinin aparıcılığı ilə keçirilən “İlk addım” adlı panel müzakirədə Qərbi Azərbaycan İcmasının Qaçaran şəhər icma sədri Cəmilə Fəyyaz, I və II Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kəfiyyatçı polkovnik Aqif Baxşəliyev və Sumqayıt Dövlət Universitetinin müəllimi, Dövlət Proqramının qalibi Gülçin Qasımova spiker qismində çıxış ediblər. Müzakirələrdə könüllülüyün Vətənə xidmət istiqamətləri, gənclərin beynəlxalq təcrübəsi və ictimai fəaliyyətlərdə rolu müzakirə olunub.

Tədbirin sonunda Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Tərlan Hacızadə çıxış edərək şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan bəhs edib. O bildirib ki, 44 günlük müharibədə xalqımızın birliyi və qəhrəmanlığı bu gün Qərbi Azərbaycana gedən yolun mənəvi dayağına çevrilib.

Bədii hissədə gənclərin hazırladığı videoçarx, musiqi və rəqs nömrələri, eləcə də komanda oyunları nümayiş etdirilib. Tədbir yüksək ruh yüksəkliyi ilə yekunlaşıb, iştirakçılar xatirə şəkli çəkdiriblər.



 

 

 

 

 

 

 

 

 

 

 


4-11-2025, 13:13 384

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041