Deputat Sumqayıtda tullantıların utilizasiyası zavodunun inşasını təklif etdi

 
Şəhərin tullantı problemi və çirkab suların Xəzərə axıdılması nəzərə alınaraq, ekoloji tarazlığı qorumaq məqsədilə müasir zavod və sutəmizləyici sistemlərin genişləndirilməsi təklif edilir.

Sumqayit.tv xəbər verir ki, Milli Məclisin deputatı Səbinə Salmanova parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşu zamanı Sumqayıtda tullantıların utilizasiyası zavodunun inşasını təklif edib.

Deputat bildirib ki, şəhərin 500 mindən çox əhalisi ilə məişət tullantılarının həcmi ildən-ilə artır, mövcud poliqon isə bu yükü daşımaqda çətinlik çəkir. Tullantıların yandırılması nəticəsində yaranan tüstü və kəskin qoxu ətraf yaşayış məntəqələrində haqlı narazılığa səbəb olur. S.Salmanova vurğulayıb ki, belə bir zavod həm ekoloji tarazlığın qorunmasına xidmət edər, həm də şəhərin "yaşıl iqtisadiyyat" və "yaşıl şəhər" konsepsiyasına uyğun olar.

Deputat həmçinin bəzi sənaye müəssisələrinin tullantılarının Sumqayıtçaya, oradan isə Xəzər dənizinə axıdılması probleminin hələ də tam həllini tapmadığını qeyd edib. Dövlət Su Ehtiyatları Agentliyinin bu il apardığı yoxlamalar kimyəvi tullantıların su və torpaq tərkibinə mənfi təsirini təsdiqləyib, bu da həm dənizin flora və faunasına, həm də sakinlərin dənizdən istifadəsinə zərər verir. Halbuki, şəhərin Kotej qəsəbəsi istiqamətində yerləşən sutəmizləyici qurğu sutkada 200 min kubmetr suyu təmizləmək gücünə malikdir, lakin potensial tam istifadə olunmur.

S.Salmanova əlavə edib ki, hazırda 18 nöqtədən Xəzərə çirkab sular axır və mövcud qurğuya birləşdirilməsi ilə ekoloji riskin qarşısı alınmış olar. Deputat bu baxımdan təklif edir ki, Sumqayıtda sutəmizləyici sistemlərin bərpası və genişləndirilməsi üçün təcili tədbirlər həyata keçirilsin. Bu, həm dənizin ekoloji mühafizəsinə, həm də şəhər əhalisinin sağlam yaşayış mühitinin qorunmasına xidmət edəcək.


2-12-2025, 14:45 143

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086