Evimizə gələn Ceyranbatan suyu necə filtrdən keçir? – Rəsmi izah yayıldı- VİDEO

 

Ceyranbatan su anbarı Abşeron yarımadasının böyük hissəsinin – Bakı və Sumqayıt şəhərlərinin, həmçinin ətraf qəsəbələrin içməli su təchizatında əsas rol oynayır. Lakin bu suyun anbarlardan evlərə çatana qədər keçdiyi mərhələlər barədə suallar daima gündəmdə olur.

Sumqayit.tv xəbər verir ki, Ceyranbatan Su Təchizatı İdarəsinin baş mühəndisi Oruc Bayramov məsələ ilə bağlı Baku TV-yə danışıb. O, sosial şəbəkələrdə Ceyranbatan su anbarına qrunt sularının axıdılması barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib. Onun sözlərinə görə, bu kimi iddialar əsassızdır və suyun təmizlənməsi prosesi ciddi nəzarət altında aparılır.

Baş mühəndis açıqlamasında qeyd edib ki, Ceyranbatan anbarından su əvvəlcə yeraltı borular vasitəsilə mexaniki süzgəc binasına ötürülür. Burada filtr qurğuları 3 millimetr və daha böyük ölçülü canlıları və digər yad cisimləri sudan ayırır. Mexaniki təmizləmədən sonra su xam məhsul anbarına yönləndirilir.

Daha sonra su əsas süzgəc qurğusuna ötürülərək yenidən filtrasiya olunur və emal üçün qurğuların əsas hissəsinə daxil edilir. O.Bayramovun sözlərinə görə, prosesin hər mərhələsində suyun keyfiyyəti xüsusi laboratoriyada mütəmadi şəkildə yoxlanılır. Su nümunələri həm kimyəvi, həm də bakterioloji cəhətdən analiz edilir. Nəticədə sudakı bağırsaq çöpləri, bakteriyalar və virusların olub-olmaması dəqiq şəkildə təyin olunur.

Baş mühəndis vurğulayıb ki, içməli suyun keyfiyyətinə nəzarət fasiləsiz aparılır və proses tam təhlükəsiz şəkildə idarə olunur.

Daha ətraflı məlumat süjetdə təqdim edilib:


4-12-2025, 17:44 174

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086