Sumqayıtda kanalizasiya problemi dəhşət saçır – Hafiz Baxış küçəsi və 76-cı məhəllədə evlər suyun altında qalıb - VİDEO

 

Sumqayıt şəhəri, Hafiz Baxış küçəsi, Mənzil 89 ünvanında yaşayan sakin Zaxar Şahniyarov Sumqayit.tv-ə müraciət edərək bildirib ki, bir neçə gündür ərazidə kanalizasiya xətti tamamilə tutulub və nəticədə bütün həyət bərbad vəziyyətə düşüb. Həmçinin yaxınlıqda yerləşən 76-cı məhəllə, 33-cü ünvan ərazisində də vəziyyət oxşar olaraq həyətləri və yollara təsir göstərir. Sakin bildirir ki, evdən nə çıxmaq olur, nə də içəri girmək – həyət boyu çirkab suyu dizə qədər qalxıb.

Zaxar Şahniyarov redaksiyamıza deyib ki, məsələ ilə bağlı artıq icra hakimiyyəti ilə əlaqə saxlayıb, lakin hələlik problemə müdaxilə olunmayıb:
“Dedilər, indi zəng edib deyəcəyik… Amma vəziyyət dəyişmir. Su evə dolur. Bu hələ yağışlar başlamamışdır. Leysan yağsa, evimiz tamamilə suyun altında qalacaq.”

Videodan da açıq görünür ki, kanalın tutulması nəticəsində su həyətə və evin daxilinə qədər yayılıb. Sakinlərin sözlərinə görə, məsələ təkcə məişət narahatlığı deyil, həm də real təhlükədir — elektrik, sağlamlıq və əmlak itkisi riski hər an mövcuddur.

Hazırda ailə öz gücü ilə vəziyyətə çarə tapa bilmir və aidiyyəti qurumların dərhal tədbir görməsini tələb edir. Zaxar Şahniyarov Sumqayit.tv vasitəsilə müraciət edərək, vəziyyətin ictimailəşdirilməsini və yardım göstərilməsini istəyir. 


Müəllif:Sumqaylt.Tv


 Link: (42)Sumqayıt TV Official (@sumqayittvofficial) | TikTok  

                                                                      


10-12-2025, 17:00 190

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086