Sumqayıtın 2025-ci ili: Uğurlar və problemlər – Sumqayit.tv-in gözü ilə

Sumqayıt 2025: İlin yekunları

2025-ci il Sumqayıt üçün həm inkişaf, həm də sınaqlar ili kimi yadda qaldı. İl ərzində şəhərdə bir sıra infrastruktur layihələri həyata keçirilsə də, sosial və xidmət sahələrində mövcud problemlər ictimai müzakirə mövzusu olaraq qaldı.

İnfrastruktur və nəqliyyat

İl ərzində nəqliyyat sahəsində müsbət addımlar atıldı. 500 nömrəli avtobus marşrutu daxil olmaqla bir sıra xətlərdə yeni avtobuslar istifadəyə verildi, küçələrdə işıqlandırma və asvalt örtüyünün təmir işləri aparıldı. Lakin naəqliyyat avtobuslarından şikayətlər də az olmadı. Belə ki, 2, 3, 4, 5, 7, 10A, 12, 30,33, 55, nömrəli marşrutlardan əsasən də gecikmə hallarına görə şikayətlər səngimədi. Paralel olaraq Corat, Yaşıl Dərə, İnşaatçılar, Stansiya Sumqayıt və məhəllədaxili digər ərazilərdə yolların asfalt örtüyünün olmaması, drenaj problemləri, qaz və elektrik fasilələri sakinlərin narazılığına səbəb oldu.

Təhsil sahəsi

Bir sıra məktəblərdə direktor yerdəyişmələri və idarəetmə dəyişiklikləri aparıldı. Bəzi məktəblərdə tədrisin keyfiyyəti yüksəlfilməsi üçün addımlar atıldı. 
Bununla yanaşı bir sıra məktəblərdə, sinif otaqlarının şəraitsizliyi, qeyri-rəsmi pul yığımı, nizam-intizam problemləri və müəllim çatışmazlığı ictimai narazılıq doğurdu.” “İlin təhsil gündəmində diqqət çəkən hadisələrdən biri də 30 dekabr tarixində Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqovun professorluq statusundan məhrum edilməsi oldu. Qərar Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilib.

İqtisadiyyat və işsizlik

İl ərzində xarici, xüsusilə də xarici investorların Sumqayıtın sənaye potensialına marağı müşahidə olundu, bir sıra layihələr müzakirə edildi. Fövqəladə Hallar Nazirliyi tərəfindən şəhərdə nümunəvi mülki müdafiə təlimləri keçirildi. İl ərzində bir neçə yanğın hadisəsi baş verdi və operativ şəkildə söndürüldü.

Buna baxmayaraq, işsizlik problemi aktual mövzu olaraq qaldı. Xüsusilə gənclər arasında daimi iş tapmaqda çətinlik çəkənlərin sayının artması sosial narazılıq doğuran əsas məsələlərdən biri oldu. 

Fövqəladə hallar və səhiyyə

İl ərzində Sumqayıtda bir neçə yanğın hadisəsi baş verdi və operativ müdaxilə nəticəsində yanğınlar söndürüldü. Lakin itkilər də qeydə alındı. Belə ki, Sumqayıtın tanınmış iş adamı Qudrət Kərimiv dünyasını dəyişdi. İlin sonuncu ongünlüyündə, 22 dekabr tarixində,  Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın yol qəzasında həlak olması oldu ki, bu hadisə şəhər ictimaiyyətində dərin iz buraxdı.

Səhiyyə sahəsində isə xəstəxanalarda dərman və tibbi avadanlıq çatışmazlığı, uzun müayinə növbələri, palata qıtlığı və xidmət keyfiyyəti ilə bağlı narazılıqlar müşahidə olundu. Bununla yanaşı, pensiya və sosial ödənişlər il ərzində vaxtında həyata keçirildi.

Mədəniyyət və ictimai həyat

Sumqayıt Dövlət Dram Teatrının tamaşaları il boyu tamaşaçıların marağı ilə qarşılandı. Eyni zamanda şəhərdə keçirilən mədəni tədbirlər və QHT layihələri ictimai fəallığın artmasına töhfə verdi.

Nəticə

2025-ci il Sumqayıt üçün həm inkişaf, həm də problemlərlə dolu bir il oldu. Şəhərin nəqliyyat, mədəniyyət və investisiya potensialı inkişaf etsə də, yol infrastrukturu, təhsil, səhiyyə və işsizlik kimi sahələrdə həllini gözləyən problemlər qalmaqdadır. Ümid edirik ki, 2026-cı il həm şəhərimiz, həm də Sumqayit.tv üçün yeni imkanlar və uğurlu layihələrlə yadda qalacaq.

Müəllif: Sumqayit.tv


31-12-2025, 17:45 170

Digər xəbərlər

"Qara kabus"un kölgəsində insan taleləri - Elnarə AKİMOVA

Sumqayıtda yola çıxaraq avtomobillərə mane olan 36 yaşlı qadın müəyyən edildi

BDU-da hüquqşünaslıq üzrə təkrar ali təhsil imtahanından şikayət: “Suallar proqramdan kənar idi”

Sakin haray çəkir: “Əlil arabası ilə bu yoldan keçə bilmirəm”

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu

Sumqayıt bulvarında zibillik görüntüsü – sakinlər şikayət edir

Bir sinif, bir hədəf, bir universitet – Sumqayıtlı bacı-qardaşdan böyük uğur

Universitetlərdə təhsil haqları yenidən artdı

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başladı – MÜDDƏT AÇIQLANDI

Sumqayıtda işləmək istəyənlər üçün fürsət – VAKANSİYA

Türkiyə hərəkətə keçdi: Yunanıstanın Rodos planına sərt reaksiya

“Bu, onun şəxsi işidir” – Çingiz Abdullayev jurnalistlərə səsləndi

İZİA Peşə Təhsil Mərkəzində tələbə qəbulunun II mərhələsi başladı

Bakıda evli qadını şantaj edən şəxs — Həbs olundu

Sumqayıtda "Mahal" MTK tərəfindən ağacların kəsilməsinə dair cinayət işi başlanıb

Sentyabrdan bu dərsliklər yenilənir – ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Sumqayıtda köməksiz qalan şəxs xilas edildi

Son illərdə Sumqayıtın inkişaf dinamikası – RƏQƏMLƏR NƏ DEYİR?

1 2 3 4 5 6 7 8 9 10 ... 1104
Dünən, 16:12
Dünən, 15:09
Dünən, 13:44
Dünən, 10:35
Dünən, 10:09
28-08-2026, 18:40
28-08-2026, 18:23
28-08-2026, 16:08
28-08-2026, 16:06
28-08-2026, 14:13
28-08-2026, 12:07
28-08-2026, 11:25
28-08-2026, 07:25
28-08-2026, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
27-08-2026, 08:36
26-08-2026, 20:10
26-08-2026, 15:09
26-08-2026, 14:51
26-08-2026, 14:11
26-08-2026, 13:26
26-08-2026, 12:55
26-08-2026, 12:05
26-08-2026, 10:52
26-08-2026, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1104