Sumqayıtda yataqxana sakinləri 31 dekabrı qazsız qalıb - ŞİKAYƏT

 

Sumqayıt şəhəri, 41-ci məhəllə, 4 nömrəli yataqxananın sakinləri Sumqayit.tv-in redaksiyasına müraciət edərək 31 dekabr – bayram günü bütün yataqxana üzrə qaz təchizatının heç bir əvvəlcədən xəbərdarlıq edilmədən dayandırıldığını bildiriblər.


Sakinlərin sözlərinə görə, qazın qəfil kəsilməsi nəticəsində mənzillərdə istilik və yemək bişirmə ilə bağlı ciddi problemlər yaranıb. Onlar qeyd ediblər ki, nə yazılı, nə də şifahi şəkildə əvvəlcədən hər hansı bildiriş verilməyib.


“Heç bir xəbərdarlıq etmədən bayram günü qazı kəsiblər. Evdə uşaqlar, yaşlılar var. Nə isinmək olur, nə də yemək bişirmək”, – deyə sakinlərdən biri redaksiyamıza bildirib.


Müraciət edən sakinlər qazın hansı səbəbdən dayandırıldığı və nə vaxt bərpa olunacağı barədə onlara rəsmi məlumat verilmədiyini vurğulayıblar. Bu vəziyyət bayram günü sakinlər arasında ciddi narazılıq yaradıb.


Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışırıq. Qarşı tərəfin açıqlaması olarsa, materialda yer veriləcək.


Sumqayit.tv olaraq məsələni diqqətdə saxlayırıq.

Müəllif: Sumqayit.tv


31-12-2025, 11:41 142

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086