Bu gün Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

 

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

Sumqayit.tv xəbər verir ki, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıtda 28 və 34 nömrəli məktəblərdə alıb, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Onun nəşi əvvəlcə doğulduğu Vəndama, daha sonra yaşadığı Sumqayıt şəhərinə gətirilib və iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub.

Şəhid generalın ailəsinə Prezident İlham Əliyev tərəfindən dərin hüznlə başsağlığı verilib. 2020-ci il dekabrın 9-da Polad Həşimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Polad Həşimov hərbi xidməti dövründə bir sıra yüksək dövlət təltiflərinə layiq görülüb. O, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” medalları, həmçinin II və III dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. 2019-cu ildə ona general-mayor ali hərbi rütbəsi verilib.

Milli Qəhrəmanın xatirəsi Azərbaycanda və Türkiyədə əbədiləşdirilib. Qəbələ və Bakı şəhərlərində küçələr, Türkiyənin Osmanqazi rayonunda isə park onun adını daşıyır.

Polad Həşimovun Davud və Teymur adlı oğulları, Aybəniz adlı qızı yadigar qalıb.

 

 


2-01-2026, 09:20 145

Digər xəbərlər

"Qara kabus"un kölgəsində insan taleləri - Elnarə AKİMOVA

Sumqayıtda yola çıxaraq avtomobillərə mane olan 36 yaşlı qadın müəyyən edildi

BDU-da hüquqşünaslıq üzrə təkrar ali təhsil imtahanından şikayət: “Suallar proqramdan kənar idi”

Sakin haray çəkir: “Əlil arabası ilə bu yoldan keçə bilmirəm”

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu

Sumqayıt bulvarında zibillik görüntüsü – sakinlər şikayət edir

Bir sinif, bir hədəf, bir universitet – Sumqayıtlı bacı-qardaşdan böyük uğur

Universitetlərdə təhsil haqları yenidən artdı

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başladı – MÜDDƏT AÇIQLANDI

Sumqayıtda işləmək istəyənlər üçün fürsət – VAKANSİYA

Türkiyə hərəkətə keçdi: Yunanıstanın Rodos planına sərt reaksiya

“Bu, onun şəxsi işidir” – Çingiz Abdullayev jurnalistlərə səsləndi

İZİA Peşə Təhsil Mərkəzində tələbə qəbulunun II mərhələsi başladı

Bakıda evli qadını şantaj edən şəxs — Həbs olundu

Sumqayıtda "Mahal" MTK tərəfindən ağacların kəsilməsinə dair cinayət işi başlanıb

Sentyabrdan bu dərsliklər yenilənir – ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Sumqayıtda köməksiz qalan şəxs xilas edildi

Son illərdə Sumqayıtın inkişaf dinamikası – RƏQƏMLƏR NƏ DEYİR?

1 2 3 4 5 6 7 8 9 10 ... 1104
Dünən, 16:12
Dünən, 15:09
Dünən, 13:44
Dünən, 10:35
Dünən, 10:09
28-08-2026, 18:40
28-08-2026, 18:23
28-08-2026, 16:08
28-08-2026, 16:06
28-08-2026, 14:13
28-08-2026, 12:07
28-08-2026, 11:25
28-08-2026, 07:25
28-08-2026, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
27-08-2026, 08:36
26-08-2026, 20:10
26-08-2026, 15:09
26-08-2026, 14:51
26-08-2026, 14:11
26-08-2026, 13:26
26-08-2026, 12:55
26-08-2026, 12:05
26-08-2026, 10:52
26-08-2026, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1104