Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür - FOTO

 

1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrindən 38 il keçir.

Sumqayit.tv xatırladır ki, həmin iğtişaşlar SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və erməni millətçi dairələrinin Azərbaycana qarşı həyata keçirdiyi planlı təxribatların tərkib hissəsi kimi qiymətləndirilir. Məqsəd dünya ictimaiyyətində Azərbaycana qarşı mənfi rəy formalaşdırmaq və anti-Azərbaycan kampaniyasını gücləndirmək idi.

Hadisələr zamanı əsas təşkilatçılardan biri kimi iki dəfə məhkum olunmuş erməni əsilli Eduard Qriqoryanın adı çəkilir. İstintaq materiallarına görə, o, iğtişaşlar zamanı bir neçə nəfərin qətlə yetirilməsində iştirak edib və əvvəlcədən hazırlanmış siyahılar əsasında hücumlara rəhbərlik edib.

1988-ci ildə əhalisi 258 min nəfər olan Sumqayıtda təxminən 18 min erməni yaşayırdı və fevral hadisələrinə qədər şəhərdə etnik zəmində qarşıdurma qeydə alınmamışdı. Fevralın 26-da Qarabağ bölgəsində iki azərbaycanlının öldürülməsinə etiraz olaraq keçirilən mitinq sonradan təxribatçı qüvvələrin təsiri ilə iğtişaşa çevrilib.

SSRİ Baş Prokurorluğu tərəfindən aparılan istintaq zamanı hadisələrdə 6 azərbaycanlının öldürüldüyü müəyyən edilib, 90-dan çox şəxs müxtəlif müddətli həbs cəzalarına məhkum olunub. Lakin siyasi təzyiqlər səbəbindən istintaq tam yekunlaşdırılmayıb və sifarişçilər müəyyən edilməyib.

Sonrakı illərdə Azərbaycan dövlətinin qərarı ilə dayandırılmış cinayət işləri yenidən araşdırılaraq vahid icraatda birləşdirilib. Aparılan əlavə istintaq tədbirləri nəticəsində iğtişaşların sovet rəhbərliyindəki ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə təşkil edildiyi qənaətinə gəlinib.

Araşdırmalar zamanı hadisələrdən əvvəl şəhərdə yaşayan bəzi ermənilərin əmanətlərini çıxarması, Ermənistana intensiv telefon danışıqları və pul köçürmələrinin aparılması kimi faktlar da üzə çıxıb. İstintaq materialları həmçinin göstərir ki, hücumların bir hissəsi “Krunk” təşkilatı ilə əlaqəli proseslərlə bağlı olub.

Şahid ifadələrinə əsasən, iğtişaşlar zamanı bir çox erməni ailəsi azərbaycanlı sakinlər tərəfindən qorunaraq evlərdə gizlədilib və xilas edilib. Buna baxmayaraq, hadisələr sonradan erməni lobbi dairələri tərəfindən Azərbaycana qarşı geniş təbliğat vasitəsinə çevrilib.

Toplanmış faktlar və istintaq materialları Sumqayıt hadisələrinin əvvəlcədən planlaşdırılmış siyasi təxribat olduğunu və regionda qarşıdurma yaratmaq məqsədi daşıdığını göstərir.

 

 

 

 


28-02-2026, 15:41 182

Digər xəbərlər

"Qara kabus"un kölgəsində insan taleləri - Elnarə AKİMOVA

Sumqayıtda yola çıxaraq avtomobillərə mane olan 36 yaşlı qadın müəyyən edildi

BDU-da hüquqşünaslıq üzrə təkrar ali təhsil imtahanından şikayət: “Suallar proqramdan kənar idi”

Sakin haray çəkir: “Əlil arabası ilə bu yoldan keçə bilmirəm”

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu

Sumqayıt bulvarında zibillik görüntüsü – sakinlər şikayət edir

Bir sinif, bir hədəf, bir universitet – Sumqayıtlı bacı-qardaşdan böyük uğur

Universitetlərdə təhsil haqları yenidən artdı

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başladı – MÜDDƏT AÇIQLANDI

Sumqayıtda işləmək istəyənlər üçün fürsət – VAKANSİYA

Türkiyə hərəkətə keçdi: Yunanıstanın Rodos planına sərt reaksiya

“Bu, onun şəxsi işidir” – Çingiz Abdullayev jurnalistlərə səsləndi

İZİA Peşə Təhsil Mərkəzində tələbə qəbulunun II mərhələsi başladı

Bakıda evli qadını şantaj edən şəxs — Həbs olundu

Sumqayıtda "Mahal" MTK tərəfindən ağacların kəsilməsinə dair cinayət işi başlanıb

Sentyabrdan bu dərsliklər yenilənir – ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Sumqayıtda köməksiz qalan şəxs xilas edildi

Son illərdə Sumqayıtın inkişaf dinamikası – RƏQƏMLƏR NƏ DEYİR?

1 2 3 4 5 6 7 8 9 10 ... 1104
Dünən, 16:12
Dünən, 15:09
Dünən, 13:44
Dünən, 10:35
Dünən, 10:09
28-08-2026, 18:40
28-08-2026, 18:23
28-08-2026, 16:08
28-08-2026, 16:06
28-08-2026, 14:13
28-08-2026, 12:07
28-08-2026, 11:25
28-08-2026, 07:25
28-08-2026, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
27-08-2026, 08:36
26-08-2026, 20:10
26-08-2026, 15:09
26-08-2026, 14:51
26-08-2026, 14:11
26-08-2026, 13:26
26-08-2026, 12:55
26-08-2026, 12:05
26-08-2026, 10:52
26-08-2026, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1104