
Sumqayıt şəhərinin 9-cu mikrorayonunda, 52 saylı binanın qarşısında yaranan vəziyyət sakinlərin narazılığına səbəb olub.
Sumqayit.tv-in verdiyi məlumata görə, yağışdan günlər keçməsinə baxmayaraq ərazidə hələ də böyük gölməçə qalmaqdadır. Ən çox narahatlıq doğuran məqam isə həyətdə uşaqlar üçün yaradılmış oyun şəhərciyinin tamamilə su ilə dolmasıdır.
Sakinlərin sözlərinə görə, uşaqlar artıq həmin ərazidə oynaya bilmir, yalnız “gölün kənarında” dayanaraq suya baxmaqla kifayətlənirlər. Bu isə həm təhlükəsizlik, həm də normal istirahət baxımından ciddi problem yaradır.
Qeyd edək ki, sözügedən ərazi şəhərdə “nümunəvi məhəllə” kimi təqdim olunur. Lakin mövcud vəziyyət göstərir ki, ya ərazidə kanalizasiya sistemi ümumiyyətlə yoxdur, ya da işlək vəziyyətdə deyil.
Sakinlər məsul qurumları problemin aradan qaldırılması üçün tədbir görməyə çağırır.
VİDEO LİNK: (17)Sumqayıt şəhərinin 9-cu mikrorayonunda, 52 saylı binanın qarşısında ya... | TikTok
8-04-2026, 20:00
34