
Sumqayıt şəhərinin 76-cı məhəlləsində yaşayan sakin kanalizasiya sisteminin bərbad vəziyyətdə olduğunu bildirir.
Sumqayit.tv-in redaksiyasına müraviət edən sakinin sözlərinə görə, Hafiz Baxış küçəsində yerləşən kanalizasiya xətti uzun müddətdir təmizlənmir və bu səbəbdən son yağışlar zamanı onun yaşadığı mənzilə ciddi ziyan dəyib.
“Sonuncu yağışlarda evim demək olar ki, məhv oldu. Hazırda təmir edirəm. Lakin kanalizasiya təmizlənməsə, yenidən eyni problemlə üzləşəcəyəm”, – deyə o bildirib.
Şikayətçi qarşıdan gələn yağışlardan narahat olduğunu da vurğulayıb. Onun sözlərinə görə, əgər indidən tədbir görülməzsə, yağıntılar zamanı evinin yenidən yararsız vəziyyətə düşməsi qaçılmazdır.
Sakin aidiyyəti qurumlardan xahiş edir ki, məsələ təcili nəzarətə götürülsün və kanalizasiya xətti təmizlənsin.
Qeyd edək ki, görüntülər bir neçə gün əvvəl çəkilib. Hazırda ərazidə su çəkilsə də, problemin yenidən təkrarlanacağı ilə bağlı narahatlıq qalmaqdadır.
11-04-2026, 13:02
234