Fəxrimiz: Sumqayıtın proqramlaşdırma sahəsində yüksələn gənc istedadı – FOTOLAR

 

İnformatika sahəsində qazandığı uğurlarla diqqət çəkən Sumqayıt şəhər 23 nömrəli Texniki Fənlər Təmayüllü Liseyin şagirdi Əsədzadə Fikrət Yavər oğlu müxtəlif respublika və beynəlxalq olimpiadalarda əldə etdiyi nailiyyətlərlə həmyaşıdlarına örnək olmağa davam edir.

Fikrətin proqramlaşdırma və kompüter elmlərinə olan böyük marağı onun uğurlarında öz əksini tapır. O, 2021–2022-ci illərdə Respublika fənn müsabiqəsində informatika fənni üzrə uğur qazanıb, 2022–2024-cü illərdə keçirilən Respublika informatika olimpiadalarında iki dəfə gümüş medala layiq görülüb. Həmçinin 2021 və 2022-ci illərdə keçirilən “Azercell Cup” olimpiadalarında da gümüş medal əldə edib.

Gənc istedad 2024–2025-ci illərdə beynəlxalq “InfoCup” yarışında iştirak edib, 2025–2026-cı illərdə keçirilən Respublika fənn olimpiadasında isə yenidən gümüş medal qazanaraq uğurlu seriyasını davam etdirib.

Bununla yanaşı, Fikrət 2024-cü ildə “International Advanced Tournament in Informatics” (IATI), “Asia-Pacific Informatics Olympiad” (APIO) və “InfoCup” kimi nüfuzlu beynəlxalq olimpiadalarda iştirak edərək təcrübəsini daha da artırıb.

Akademik göstəriciləri ilə də seçilən Fikrət 9-cu sinif buraxılış imtahanında 265, 11-ci sinifdə isə 251 bal toplayıb. O, informatika ilə yanaşı, fizika fənni üzrə keçirilən müsabiqədə də bürünc medal qazanaraq çoxşaxəli istedadını nümayiş etdirib.

Gələcək təhsilini ADA Universitetində davam etdirməyi hədəfləyən Fikrət Respublika fənn olimpiadası qalibi olduğu üçün ali məktəbə müsabiqədənkənar qəbul olmaq hüququ da qazanıb.


Belə gənclər Azərbaycanın gələcəyi, elm və texnologiya sahəsindəki inkişafının əsas dayağıdır. Əsədzadə Fikrət Yavər oğlunun qazandığı uğurlar həm Sumqayıt, həm də ölkəmiz adına böyük qürur mənbəyidir.

 

 


  


 


 


7-05-2026, 14:58 784

Digər xəbərlər

"Qara kabus"un kölgəsində insan taleləri - Elnarə AKİMOVA

Sumqayıtda yola çıxaraq avtomobillərə mane olan 36 yaşlı qadın müəyyən edildi

BDU-da hüquqşünaslıq üzrə təkrar ali təhsil imtahanından şikayət: “Suallar proqramdan kənar idi”

Sakin haray çəkir: “Əlil arabası ilə bu yoldan keçə bilmirəm”

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu

Sumqayıt bulvarında zibillik görüntüsü – sakinlər şikayət edir

Bir sinif, bir hədəf, bir universitet – Sumqayıtlı bacı-qardaşdan böyük uğur

Universitetlərdə təhsil haqları yenidən artdı

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başladı – MÜDDƏT AÇIQLANDI

Sumqayıtda işləmək istəyənlər üçün fürsət – VAKANSİYA

Türkiyə hərəkətə keçdi: Yunanıstanın Rodos planına sərt reaksiya

“Bu, onun şəxsi işidir” – Çingiz Abdullayev jurnalistlərə səsləndi

İZİA Peşə Təhsil Mərkəzində tələbə qəbulunun II mərhələsi başladı

Bakıda evli qadını şantaj edən şəxs — Həbs olundu

Sumqayıtda "Mahal" MTK tərəfindən ağacların kəsilməsinə dair cinayət işi başlanıb

Sentyabrdan bu dərsliklər yenilənir – ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Sumqayıtda köməksiz qalan şəxs xilas edildi

Son illərdə Sumqayıtın inkişaf dinamikası – RƏQƏMLƏR NƏ DEYİR?

1 2 3 4 5 6 7 8 9 10 ... 1104
Bu gün, 16:12
Bu gün, 15:09
Bu gün, 13:44
Bu gün, 10:35
Bu gün, 10:09
Dünən, 18:40
Dünən, 18:23
Dünən, 16:08
Dünən, 16:06
Dünən, 14:13
Dünən, 12:07
Dünən, 11:25
Dünən, 07:25
Dünən, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
27-08-2026, 08:36
26-08-2026, 20:10
26-08-2026, 15:09
26-08-2026, 14:51
26-08-2026, 14:11
26-08-2026, 13:26
26-08-2026, 12:55
26-08-2026, 12:05
26-08-2026, 10:52
26-08-2026, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1104