Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi anır

 
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Sumqayit.tv xəbər verir ki, Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. O, uzun illər dövlət təhlükəsizlik orqanlarında çalışıb, 1969-cu ildə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikaya rəhbərlik edib.

1982-ci ildə SSRİ rəhbərliyində yüksək vəzifəyə yüksələn Heydər Əliyev, 1987-ci ildə Mixail Qorbaçovun siyasi kursuna etiraz olaraq istefa verib. 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Moskvada çıxış edərək Azərbaycan xalqına qarşı törədilən qırğını kəskin pisləyib.

1993-cü ildə ölkədə yaranmış ağır siyasi böhran dövründə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev əvvəlcə Ali Sovetin sədri, daha sonra isə Azərbaycan Respublikasının Prezidenti seçilib. 1998-ci ildə yenidən prezident seçilən Ulu Öndər 2003-cü ildə səhhətində yaranan problemlərlə əlaqədar seçkilərdə iştirak etməyib.

Heydər Əliyev 2003-cü il dekabrın 12-də ABŞ-da vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunmuşdu. Ulu Öndərin ən böyük arzularından biri olan Qarabağın azadlığı isə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallığa çevrilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri davam etdirilir.


10-05-2026, 10:53 261

Digər xəbərlər

Əlil arabasında hərəkət edən sakin şikayət edir: “Bu yoldan keçmək mümkünsüzdür”-FOTO

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu

Sumqayıt bulvarında zibillik görüntüsü – sakinlər şikayət edir

Bir sinif, bir hədəf, bir universitet – Sumqayıtlı bacı-qardaşdan böyük uğur

Universitetlərdə təhsil haqları yenidən artdı

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başladı – MÜDDƏT AÇIQLANDI

Sumqayıtda işləmək istəyənlər üçün fürsət – VAKANSİYA

Türkiyə hərəkətə keçdi: Yunanıstanın Rodos planına sərt reaksiya

“Bu, onun şəxsi işidir” – Çingiz Abdullayev jurnalistlərə səsləndi

İZİA Peşə Təhsil Mərkəzində tələbə qəbulunun II mərhələsi başladı

Bakıda evli qadını şantaj edən şəxs — Həbs olundu

Sumqayıtda "Mahal" MTK tərəfindən ağacların kəsilməsinə dair cinayət işi başlanıb

Sentyabrdan bu dərsliklər yenilənir – ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Sumqayıtda köməksiz qalan şəxs xilas edildi

Son illərdə Sumqayıtın inkişaf dinamikası – RƏQƏMLƏR NƏ DEYİR?

Xaçmazda xəstə qadını öldürən şəxsin 19 illik həbs cəzası qüvvədə saxlanıldı

69 il – bir ömrün deyil, bir ömürlük dəyərin hekayəsi-FOTOLAR

Bakının köçürülməsi gündəmdə: Paytaxtın yükünü azaltmaq üçün yeni şəhər təklif olunur

1 2 3 4 5 6 7 8 9 10 ... 1104
Bu gün, 10:35
Bu gün, 10:09
Dünən, 18:40
Dünən, 18:23
Dünən, 16:08
Dünən, 16:06
Dünən, 14:13
Dünən, 12:07
Dünən, 11:25
Dünən, 07:25
Dünən, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
27-08-2026, 08:36
26-08-2026, 20:10
26-08-2026, 15:09
26-08-2026, 14:51
26-08-2026, 14:11
26-08-2026, 13:26
26-08-2026, 12:55
26-08-2026, 12:05
26-08-2026, 10:52
26-08-2026, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
25-08-2026, 12:29
25-08-2026, 12:25
25-08-2026, 11:46
1 2 3 4 5 6 7 8 9 10 ... 1104