
Sumqayıt şəhərində fəaliyyət göstərən marketlərdən birinə silahlı basqın edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Sumqayit.tv-nin əldə etdiyi məlumata görə, hadisə 2 iyun 2026-cı il tarixində axşam saatlarında şəhərin 53-cü məhəllə ərazisində yerləşən OBA marketdə baş verib.
Məlumata əsasən, marketə daxil olan şəxs əlindəki bıçağı kassada çalışan əməkdaşın boğazına dirəyərək kassadakı pul vəsaitini götürüb və hadisə yerindən uzaqlaşıb.
Daxil olan məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxsin Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü Müslümov Aydın Zaur oğlu olduğu müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə zamanı market əməkdaşının həyatına təhlükə yaransa da, insident nəticəsində xəsarət alan olmayıb.
Mənbə: Sumqayit.tv
Bu gün, 10:30
7