İranın “raket şousu”nun pərdəarxası: Müharibə başlayır, yoxsa bu, növbəti blöfdür?

 
“İranın ərəb ölkələrinə son zərbələri yayındırıcı taktiki xarakter daşıyır.”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Abdullayev bildirib.

media-1697839441_sekil-2

Politoloq İranın son 24 saat ərzində ərəb ölkələrinə raket zərbələri endirməsinin pərdəarxası səbəblərini izah edib:

“Son 24 saatda ABŞ və İran arasında baş verən hadisələrin ən müxtəlif mənbələr tərəfindən təsdiqləndiyinin şahidiyik. Bu, istər-istəməz həm dünya, həm də region dövlətlərində haqlı olaraq sual yaradır ki, yenidən müharibə başlayacaqmı? Əslində, İranın atdığı addımlar və bir neçə dövlətə endirilən raket zərbələri ondan xəbər verir ki, Tehran iki istiqamətdə mesaj ötürməyə çalışır. İlk mesaj odur ki, bu addım daxildəki bahalaşmanın fonunda arta biləcək narazılığın qarşısını almağa hesablanıb. Bununla daxili auditoriyaya heç kimdən qorxmadıqlarını və ordularına güvənməli olduqlarını nümayiş etdirirlər. Digər mesaj isə region dövlətlərinə, ABŞ və onun müttəfiqlərinə ünvanlanıb. İran bu raketlərlə həmin dövlətlərə Vaşinqtondan əl çəkmələri barədə xəbərdarlıq edir və Amerikanın müttəfiqliyinin davamı halında onların da güvəndə olmadığını anlatmağa çalışır”.

Politoloq qeyd edib ki, ABŞ özü də müəyyən səbəblərdən müharibədən qaçmağa çalışır:

“ABŞ hazırkı məqamda İranla müharibəyə girmək istəmir. Doğrudur, İrandan çəkinmirlər, amma İran rəsmiləri də yaxşı anlayırlar ki, Amerika ilə uzunmüddətli müharibəyə girilərsə, müqavimət göstərə bilməyəcəklər. ABŞ və İran arsenalını müqayisə etmək belə gülüncdür. Hər halda, ABŞ bəyan edir ki, Tehran və Vaşinqton arasında diplomatik kanallar hələ də açıqdır. Bu, rəsmi Vaşinqtonun hazırda müharibədə maraqlı olmadığını göstərir. Digər tərəfdən, ABŞ qarşıdan gələn seçkilərə hesablanmış siyasət yürüdür. Yaxın vaxtlarda regionda genişmiqyaslı müharibənin başlayacağını düşünmürəm. Bu gün baş verənlər sırf yayındırıcı taktiki xarakter daşıyır”.

Nurlan Cəfəri


5-06-2026, 18:07 74

Digər xəbərlər

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

Sumqayıtda elektriklə bağlı növbəti şikayət – Sakinlər 7 saatdır işıqsız qaldı

Azərbaycanda ölüm hallarında artım qeydə alınıb

Sumqayıtın bu ərazilərində sabah qaz olmayacaq

Sumqayıtda qalmaqallı qızıl işi: Bəraət hökmündən şikayət verildi

1 2 3 4 5 6 7 8 9 10 ... 1085
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
20-07-2026, 15:53
20-07-2026, 15:21
20-07-2026, 14:43
20-07-2026, 14:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1085