Zakir Fərəcov 9-cu mikrorayonda vətəndaşların müraciətlərini dinləyib-FOTO

Sumqayıt şəhərində vətəndaşların müraciətlərinin dinlənilməsi məqsədilə növbəti səyyar qəbul təşkil olunub.

Sumqayıt TV xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun şəhər sakinləri ilə görüşü təşkil olunub. Səyyar qəbul şəhərin 9-cu mikrorayon ərazisində baş tutub.

Görüşdə şəhər icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və sakinlər iştirak ediblər. Qəbul zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər ətrafında müzakirələr aparılıb.

Sakinlər əsasən məşğulluq imkanları, sosial təminat, məhəllədaxili abadlıq işləri, infrastrukturun yenilənməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər.

Şəhər rəhbəri tərəfindən vətəndaş müraciətlərinin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun şəkildə həll olunması üçün aidiyyəti təşkilatlara tapşırıqlar verilib.

Qəbul zamanı rəsmilər tərəfindən bildirilib ki, Sumqayıtda həyata keçirilən abadlıq-quruculuq, sosial infrastrukturun yenilənməsi və şəhər təsərrüfatının müasirləşdirilməsi istiqamətində aparılan işlər mərhələli şəkildə davam etdirilir.

Səyyar qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə baxılmasına görə təşəkkürlərini ifadə edərək, bu cür görüşlərin qaldırılan məsələlərin həllində mühüm rol oynadığını qeyd ediblər.

 

 

 

 

 


Bu gün, 16:48 10

Digər xəbərlər

Sumqayıtda 33 saylı marşrutla bağlı sərnişin şikayəti: İcra Hakimiyyətindən xəttin gələcəyinə dair rəsmi AÇIQLAMA

İranın “raket şousu”nun pərdəarxası: Müharibə başlayır, yoxsa bu, növbəti blöfdür?

Sumqayıtda yaşamış tanınmış şair Əşrəf Veysəlli vəfat edib

Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Zakir Fərəcov 9-cu mikrorayonda vətəndaşların müraciətlərini dinləyib-FOTO

Sumqayıtda çimərlik mövsümünə hazırlıq müzakirə olunub - FOTO

Şuşadan dünyaya verilən mesaj: Bir millət, iki dövlətin müttəfiqlik zirvəsi

Sumqayıt Elektrik Şəbəkəsinə YENİ RƏHBƏR təyin edildi

Sumqayıtda I sinfə qəbul: prioritet məktəblərdə boş qalan yerlərə qeydiyyat başladı

Sumqayıtda OBA marketə silahlı basqın edən şəxs saxlanılıb – EKSKLÜZİV

Milli komandamız Sumqayıtda liderlik matçına çıxır: Rəqib Macarıstandır

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Sumqayıtın deputatı Ərdoğanın müavini ilə görüşüb - FOTO

Şəhərin müxtəlif ərazilərində dezinfeksiya işləri aparılır- VİDEO

Sumqayıtlı məktəbli beynəlxalq uğurları ilə seçilir

Deputat Elnarə Akimovanın maarifçilik layihəsi Sumqayıtda böyük maraq doğurdu-FOTOLAR

Sumqayıt Dövlət Universitetində yeni kadr təyinatı-FOTO/VİDEO

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1061
Bu gün, 18:23
Bu gün, 18:07
Bu gün, 17:44
Bu gün, 17:27
Bu gün, 16:48
Bu gün, 14:45
Bu gün, 13:18
Bu gün, 13:00
Bu gün, 12:08
Bu gün, 10:30
Bu gün, 10:03
Dünən, 20:42
Dünən, 15:54
Dünən, 14:54
Dünən, 14:08
Dünən, 13:20
Dünən, 13:08
Dünən, 11:53
3-06-2026, 21:19
3-06-2026, 18:49
3-06-2026, 15:17
3-06-2026, 12:09
3-06-2026, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1061