“Nəşr məhsullarının satınalınması” müsabiqəsinin nəticələri müəyyən olundu


Mədəniyyət Nazirliyi tərəfindən tabeliyindəki kitabxanaların kitab fondlarını yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə elan olunmuş “Nəşrlərin satınalınması müsabiqəsi”nin nəticələri müəyyənləşib.

Sumqayit.tv xəbər verir ki, məlumat üçün bildiririk ki, “Nəşrlərin satınalınması müsabiqəsi”nin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni nazirlik tərəfindən yaradılan “Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya” həyata keçirib.
Müəlliflər və müəlliflik hüququ sahibləri tərəfindən müsabiqəyə təqdim olunan kitablar Komissiya tərəfindən bir ay müddətində qiymətləndirilib, eyni zamanda nəşrlərin dəyərləndirilməsi zamanı kitabxanaların təqdim etdiyi oxucuların sorğu kitabçasına əsasən hazırlanmış statistik məlumatlar da nəzərə alınıb.
Komissiya tərəfindən müsabiqəyə təqdim olunan nəşrlər arasından 235 adda kitabdan 14.679 nüsxəsinin satınalınması qərara alınıb, seçilən nəşrlər kitabxana fondlarının komplektləşdirilməsi baxımından məqsədəuyğun hesab edilib.
Kitabxana fondlarının oxucuların tələbatına uyğun komplektləşdirilməsi məqsədilə komissiyanın seçiminə əsasən “Altun kitab” nəşrlər evindən dəyəri 7.038,50 (yeddi min otuz səkkiz manat əlli qəpik) manat olan 44 adda 2855 nüsxə kitabın, “Parlaq İmzalar” nəşriyyatından dəyəri 11.360,00 (on bir min üç yüz altmış) manat olan 29 adda 1495 nüsxə kitabın, “Qanun” nəşriyyatından dəyəri 10.335,70 (on min üç yüz otuz beş manat yetmiş qəpik) manat olan 19 adda 1345 nüsxə kitabın, “TEAS Press” nəşriyyat evindən dəyəri 13.815,35 (on üç min səkkiz yüz on beş manat otuz beş qəpik) manat olan 35 adda 2125 nüsxə kitabın, “Xan” nəşriyyatından dəyəri 6745 (altı min yeddi yüz qırx beş) manat olan 22 adda 1000 nüsxə kitabın alınması həyata keçiriləcək.
Müsabiqə çərçivəsində digər müəlliflər və müəlliflik hüquqi sahiblərindən alınacaq kitabların siyahısı aşağıdakı cədvəldə təfərrüatlı qeyd olunub.
Siyahıda qeyd edilən hüquqi və fiziki şəxslərdən kitabların alışını təmin etmək üçün müvafiq sənədləri Mədəniyyət Nazirliyinə təqdim etmələri xahiş olunur.
Əlaqələndirici şəxs: Xəyal Məmmədov
Tel: (+99412) 493 42 94

13-10-2021, 12:28 224

Digər xəbərlər

Sumqayıt Şəhər Ağsaqqallar Şurasına yeni sədr seçilib

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

Sumqayıtda 122 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

Əraqçi: Razılaşmalar icra olunarsa, regionda yeni mərhələ başlaya bilər

Sumqayıtda bıçaqlanma: Yaralının son durumu ilə bağlı AÇIQLAMA-VİDEO

İki xain aqressorun xəyanət günü – milyonlarla insanın qiyamət günü

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Bu gün, 15:47
Bu gün, 15:45
Bu gün, 15:23
Bu gün, 15:21
Bu gün, 13:08
Bu gün, 10:05
Bu gün, 09:53
Bu gün, 09:44
Bu gün, 09:11
Bu gün, 09:03
Dünən, 20:56
Dünən, 20:53
Dünən, 17:20
Dünən, 16:12
Dünən, 16:06
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:21
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 09:45
Dünən, 08:55
Dünən, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
19-06-2026, 15:19
19-06-2026, 10:16
18-06-2026, 23:25
1 2 3 4 5 6 7 8 9 10 ... 1066