Nurlan ailəmizi Azərbaycana tanıtdı - Şəhid ATASI

 

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Zəfər Gününün beşinci ildönümünü qeyd edir. 2020-ci ilin bu günündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağda Qələbə qazandı, 30 ilə yaxın işğal altında olan torpaqlarımız mənfur düşməndən azad edildi. Böyük fəxarət hissi ilə söyləyə bilərik ki, beş il öncə başlayan bu Zəfər tariximiz bu gün artıq dirçəliş və quruculuq mərhələsinə çevrilib. Elə bu məqamda unutmaq olmaz ki, hər birimizin qəlbində dərin iz buraxan bu günün arxasında igidlərimizin fədakarlığı dayanır.

Sumqayit.tv xəbər verir ki, Modern.az Zəfərin 5-ci ildönümündə şəhid Nurlan Ağakişiyevin atası Etibar Ağakişiyevlə həmsöhbət olub:

“Sözün düzü, Nurlan üçün çox darıxıram… Lakin deyə bilərəm ki, bu gün həm qürurluyuq, həm sevincliyik, həm də bir qədər kədərliyik. Kədərliyik, çünki canımdan bir can gedib. Amma əsas odur ki, 1990-cı illərdən etibarən xalqımıza yaşadılan əzab-əziyyətlərə son qoyulub”.

E.Ağakişiyev birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə yaralanıb və ayağını itirib. O söyləyib ki, qazi olsa da, çox insan əvvəllər onu tanımayıb:

“Qazi olsam da, bir o qədər insan məni tanımırdı. Amma Nurlan şəhidlik zirvəsinə ucaldıqdan sonra daha çox insan məni tanıdı. O, sanki bizim ailənin fəxrini tamamladı. Mənim qazi olmam, onun isə şəhidliyi - bu, ailəmiz üçün böyük qürur idi”.

Şəhid atası bildirib ki, Nurlanla son dəfə avqustun 15-i Ağdamda görüşüb:

"Son telefon danışığımız isə müharibənin başlandığı gün - 27 sentyabr  səhər saat 7:30 radələrində baş tutdu. Nurlan özü mənə zəng elədi, müharibənin başladığını söyləsi. Dedim ki, Nurlan, ölümün gözümün qabağına gəldi. O isə mərd dayanıb soruşdu ki, “Ata, xeyir ola, mənim ölümüm gözünün qabağına gəlir?” Bu, bizim oğlumla son danışığımız idi. Mən dedim, özündən muğayat ol, özünü gözlə!”
Ertəsi gün, sentyabrın 28-də şəhid olmuşdu”.

E.Ağakişiyevin sözlərinə görə, oğlu ilə münasibəti hər zaman müəyyən pərdə çərçivəsində olub:

“Nurlanla çox açıq münasibətimiz yox idi, aramızda müəyyən pərdə vardı. Mən istəyirdim ki, kişi kimi, mərd böyüsün. Elə də oldu. Uşaq vaxtı aşpaz olmaq istəyirdi, icazə vermədim. Bununla yanaşı, Nurlan həm də sərbəst güləşlə məşğul idi, eyni zamanda, bələdiyyəlik təhsili alırdı. Mən ona deyirdim ki, “bələdiyyənin gələcəyi var”.

O, eyni zamanda deyib ki, Nurlan həm ailəsinin dayağı, həm də atasının qulluğunda duran övlad idi:

“O çox gözəl övlad idi, elə bil ki, qol-qanadım getdi. Mənim üçün həm dayaq, həm kömək idi. Yaralı ayağımı ovxalayır, qulluğumda dayanırdı. Mən istəyirdim ki, xalqına, millətinə dəyən bir övlad olsun. Arzum idi ki, onun üçün elçi gedim, evimizə gəlin gəlsin. Amma qismət belə imiş.

Allah xalqımızı, millətimizi qorusun. Zəfərimiz əbədi olsun”,- deyə şəhid atası fikrini tamamlayıb.

Nurlan Etibar oğlu Ağakişiyev 2002-ci il iyulun 22-də Sumqayıt şəhərində Qarabağ müharibəsinin qazisi Etibar Ağakişiyevin ailəsində dünyaya göz açıb.

2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri Nurlan Ağakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qoşulub. O, Ağdam rayonu istiqamətində sentyabrın 28-də şəhid olub. Nurlan II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Nurlan Ağakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Nurlan Ağakişiyev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.


11-11-2025, 11:50 92

Digər xəbərlər

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

Dəm qazından zəhərlənən azyaşlıların vəziyyəti açıqlandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 21:10
Bu gün, 20:29
Bu gün, 19:28
Bu gün, 18:35
Bu gün, 12:59
Bu gün, 12:56
Bu gün, 09:55
Bu gün, 09:51
Bu gün, 00:07
Dünən, 11:55
Dünən, 11:37
Dünən, 11:36
Dünən, 11:32
Dünən, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
10-04-2026, 14:50
1 2 3 4 5 6 7 8 9 10 ... 1040