“33 il Nüvədi həsrəti” adlı anım tədbiri keçirilib



Avqustun 7-də Qərbi Zəngəzurun Nüvədi kəndinin əhalisinin deportasiyasının 33 illiyinə (1991-2024) həsr edilmiş "33 il Nüvədi həsrəti" adlı anım tədbiri keçirilib.
Sumqayit.tv
xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Nüvədi kəndi haqqında fikirlərinin əks olunduğu videoçarx nümayiş etdirilib.
Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli avqustun 8-də Ermənistan tərəfindən soydaşlarımızın sonuncu deportasiyası (1987-1991) zamanı Nüvədi kəndinin boşaldılmasının 33-cü ildönümü olduğunu diqqətə çatdırıb. Zəngəzur mahalının tarixən Azərbaycanın tərkib hissəsi olduğunu bildirən İcma sədri deyib: "Zəngəzur mahalı 1920-ci ildə iki yerə ayrıldı və qərb hissəsi ermənipərəst bolşeviklər tərəfindən Ermənistana verildi. Bundan əlavə, Qars müqaviləsinə zidd olaraq, 1929-cu il fevralın 18-də Zaqafqaziya Federasiyasının qərarı ilə Zəngilan rayonunun tərkibinə daxil olan Nüvədi, Ernəzir və Tuğut kəndləri də qanunsuz şəkildə Ermənistana verildi".
O bildirib ki, 1987-1991-ci illərdə Ermənistan Azərbaycanın suveren ərazilərinə iddia qaldırmaqla yanaşı, Qərbi Azərbaycanın 24 rayonunun 300-ə yaxın yaşayış məntəqəsindən soydaşlarımızı qovdu. Bu proses 1988-ci ilin dekabrında demək olar yekunlaşdı. Zəngəzur rayonunun Nüvədi əhalisi 1991-ci il avqustun 8-dək duruş gətirdi.
Nüvədililərin qəhrəmanlıq tarixinin xeyli əvvələ gedib çıxdığını bildirən Əziz Ələkbərli əlavə edib: "Nüvədililər Ernəzir və Tuğut kəndləri Ermənistana verildiyi zaman da mübarizə aparıblar".
Mehri rayon icmasının sədri Fikrət Əliyev Ulu Öndər Heydər Əliyevin nüvədililərlə bağlı səsləndirdiyi fikirləri xatırladıb, onların mübarizəsini yüksək qiymətləndirib.
F.Əliyev soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu deportasiyası zamanı nüvədililərin 1991-ci ilə qədər mübarizə apardıqlarını vurğulayıb.
Digər çıxış edənlər də nüvədililərin işğalçılara qarşı mərdliklə mübarizə aparmalarından danışıb, onların qəhrəmanlıq nümunəsi göstərdiklərini bildiriblər.





7-08-2024, 22:40 107

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060