Qərbi Azərbaycan Xronikası: "Alban kilsəsini bizə qriqorian məbədi kimi tanıtmışdılar" - VİDEO

 

Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Bizi öz ərazimizdən Türkiyə tərəfə baxmağa qoymurdular" adlı veriliş Vedibasar mahalı, Vedi (Ararat) rayonu, Kiçik Vedi kənd sakini Yaqub Rzayevin həyat hekayəsinə həsr olunub.

O, 1952-ci ildə kolxozçu ailəsində doğulduğunu, ailədə 10 uşaq olduqlarını deyib: "Kəndin yaxınlığında alban kilsəsi var idi, bizə onu daim xristian qriqorian kilsəsi kimi qələmə vermişdilər. Dağın ətəyində hərbi zastava var idi. Uşaq vaxtı bizi o ərazidən Türkiyə tərəfə baxmağa qoymurdular. Kənddə 1921-ci ilə qədər ancaq azərbaycanlılar yaşayıblar. Həmin ildən kəndə ermənilər yerləşdiriliblər. Kəndimizin tarixi qədimdir. Hələ 1514-cü ildə sultan Səlimin qoşunları Kiçik Vedi ərazisində düşərgə salıb. Kiçik Vedi adı İrəvanın müfəssəl və icmal dəftərində də yazılıb və burada toponimlərin hamısı türkmənşəli olub".

Onun sözlərinə görə, 1901-ci ildə doğulan atası 1918-ci ildə erməni-müsəlman davasını yaxşı xatırlayırdı: "Erməni qırğınları başlayanda atamın 17 yaşı olub. O deyirdi ki, daşnaklar Azərbaycan evlərini yandırır, dağıdırdılar, insanları öldürür, qətlə yetirirdilər. Ona görə məcburiyyət qarşısında qalıb Arazın o tayına keçiblər. 1922-ci ildə geri qayıdanda görürlər ki, kəndə 193 erməni yerləşdirilib".

Kənd sakini bildirib ki, ermənilər sovet dövründə də daim ayrı-seçkilik ediblər: "Nəhayət, 1988-ci ildə ermənlər bizə qarşı münasibətlərini tamamilə dəyişib zalımlaşdılar. Bizə hədə-qorxu gəlir, təhdid edirdilər. Kəndə kənar yerlərdən ermənilər, başqa nömrəli maşınlar daxil olmuşdu. Aprelin 26-da axşam saat 5-də 300 saqqallı kənddən olan ermənilərin bələdçiliyi ilə azərbaycanlıların evlərinə hücum etdilər. Onlar daş, balta, dəmir çubuq və silahlarla məhəllələrə girib adamları döyür, evlərin pəncərələrini, qapılarını sındırırdılar. Səhəri gün sakinlər yığışıb Türkiyə ilə sərhəddə getdilər. O zaman Ermənistan Nazirlər Soveti sədrinin birinci müavini camaatı aldadıb oradan geri qaytardı. Amma vəziyyət yenə düzəlmədi, böhtanlar atıldı, hədə-qorxular artdı. Telefon xətlərini, qaz borularını kəsdilər, evlərə gedən təbii qazı dayandırdılar, işıqları söndürdülər. Heç kim əlaqə saxlaya bilmirdi. Bunlar bizə bir işarə idi. Əhalinin vəziyyəti çox gərginləşdi. Məcburiyyət qarşısında qalaraq noyabrda kənddən çıxıb Azərbaycana gəldik".

Y.Rzayev ata-babalarının və özünün doğulduğu müqəddəs yerin həsrəti ilə yaşadığını söyləyib: "Doğma yurda qayıtmaq hər birimizin arzusudur. Prezident İlham Əliyev 2022-ci ildə Qərbi Azərbaycan İcmasını yaratdıqdan sonra doğma yurddan qaçqın düşənlərin hüquqları beynəlxalq aləmdə yayıldı. Biz Qərbi Azərbaycana qayıtmaq ümidindəyik. Əminik ki, dədə-baba yurdumuza qayıdacağıq".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.


13-04-2026, 10:34 266

Digər xəbərlər

Sumqayıt"ın ilk yoxlama oyununun tarixi bəlli oldu

Cinayətlə bağlı məlumatların araşdırılma müddəti uzadıldı – Prezident dəyişiklikləri təsdiqlədi

Slovakiya Prezidenti İlham Əliyevlə bağlı paylaşım etdi: “Bu dostluq jestini yüksək qiymətləndirirəm”

Azərbaycanda məktəblərin internetlə təminatında böyük sıçrayış

17 yaşlı oğlana işgəncə işi: Sumqayıt Apellyasiya Məhkəməsindən qərar

Sumqayıt sahilində növbəti təmizlik aksiyası keçirildi-FOTO

Sumqayıtda sakinlərlə növbəti görüş keçirilib-VİDEO

Şuşadan yüksələn strateji mesaj: Azərbaycan–Slovakiya tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur

"Sumqayıt"ın yeni məşqçisi böyük hədəf açıqladı

Müəllimlərə süni intellektdən istifadə öyrədiləcək

Sumqayıtlı magistr MİQ-də 85 bal topladı: "Nəticəmi 68,5-dən 85-ə yüksəltdim"

Sumqayıtda mərasim evi GƏRGİNLİYİ: Sakinlər ayağa qalxdı, sahibindən mübahisəli açıqlama

İlham Əliyev Ərdoğana başsağlığı məktubu göndərdi: "15 İyul qəhrəmanlıq dastanıdır"

Sumqayıtlı gənc Rusiya-Ukrayna müharibəsində həlak olub

Şəhid Kənan Allahverdiyev adına küçəni zibil basıb – Sakinlər kömək istəyir-VİDEO

Toyuq tükü qalmaqalı: AQTA kolbasa istehsalını dayandırdı-FOTO

İyulun 15-də Abşeron və Sumqayıt çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

65 illik ömrünə Vətən sevgisi ilə yazılan həyat yolu-FOTOLAR

Qayınatasını bıçaqlayaraq öldürən şəxsə Sumqayıtda hökm oxundu

Deputat Elnarə Akimova, şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət edib-FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1081
Dünən, 19:33
Dünən, 18:29
Dünən, 18:26
Dünən, 18:20
Dünən, 18:02
Dünən, 14:57
Dünən, 14:11
Dünən, 13:51
Dünən, 13:24
Dünən, 13:07
Dünən, 12:32
Dünən, 12:00
Dünən, 11:50
14-07-2026, 21:04
14-07-2026, 20:00
14-07-2026, 18:27
14-07-2026, 17:41
14-07-2026, 16:39
14-07-2026, 15:54
14-07-2026, 15:35
14-07-2026, 14:22
14-07-2026, 14:16
14-07-2026, 13:16
14-07-2026, 12:57
14-07-2026, 11:55
14-07-2026, 11:35
14-07-2026, 11:28
13-07-2026, 21:37
13-07-2026, 19:14
13-07-2026, 17:53
13-07-2026, 17:51
13-07-2026, 16:50
13-07-2026, 16:17
13-07-2026, 16:17
13-07-2026, 16:15
13-07-2026, 16:07
13-07-2026, 16:05
13-07-2026, 15:59
13-07-2026, 15:49
13-07-2026, 15:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1081