Bazarda saxta “zeytun” yağı var - Seçərkən aldanmayın!

 



Bazarda saxta “zeytun” yağı aşkarlanıb.
Sumqayit.tv
bildiri ki, bu barədə Yenisabah.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov məlumat verib:
“AİİB-ə istehlakçılar hər həftə şübhələndikləri  ərzaq və sənaye mallarının nümunələrini gətirirlər.
Sonuncu gətirilən nümunə satış qiyməti 44.55 manat olan 5 litrlik yaşıl fonlu metal qabda qablaşdırılmış, üzərində ağ böyük şriftlərlə “Vero Greco”, Olive Blended Oil (Zeytun qarışığı yağı, bu söz Azərbaycan dilinə tərcümə olunmayıb), Selected Quality (Seçilmiş keyfiyyət) yazılmış zeytun yağı idi.
Qablaşdırmanın üzərində yetişmiş meyvələr olan zeytun ağacının budağı, çox kiçik şriftlərlə diqqəti az cəlb edən yerdə “Blend of 51% pomace olive oil& corn oil (Qarışıq 51% pomace zeytun yağı&qarğıdalı yağı) yazılıb.
İstehlakçının şübhə etdiyi  və bilərəkdən kiçik şriftlərlə yazılmış –“pomace zeytun yağı” ifadəsi diqqətimizi çəkdi.
Araşdırmalardan sonra məlum oldu ki, bu ifadənin mənası o deməkdir ki, bu yağ zeytunun soyuq sıxılmasından sonra əldə olunan  keyfiyyətli “Extra Virgen”  yağınının xammalının qalıqlarından yəni jmıxından  termik və kimyəvi yolla alınan “yağdır”.
Zeytun yağına dair beynəlxalq qurum bu yağları süni yağ hesab edib.
Zeytun jmıxından hazırlanmış və dünyanın müxtəlif ölkələrində satılan bu yağların elektron kataloquna nəzər yetirdikdə 300 növdən çox müxtəlif etiketlərlə satılan yağlar arasında Azərbaycanda satılan “Vero Greco” yağı yoxdur və əksər etiketlərdə böyük şriftlərlə “Pomace olive” yəni jmıxdan hazırlanmış yağ yazılıb”.
Onun sözlərinə görə, baha qiymətə satılan bu yağ zeytun yağı hesab olunmur:
““Vero Greco” mal nişanı ilə əhaliyə baha qiymətlə zeytun yağı adıyla satılan yağ, əslində, tərkibində ən çox 8 % zeytun yağı olan, qalanı naməlum  yağların qarışığı olan süni yağdır.
Araşdırmaların obyektivliyinə nail olmaq üçün bu yağın qabı üzərində yazılmış elektron poçtu -[email protected] ünvanına şübhələrimiz barədə suallarımızı göndərdik, lakin cavab yoxdur!
www.VeroGreco.com saytına müraciət etdik, lakin heç bir məlumat tapılmadı.
Malın üzərində yazılmış və yuxarıda qeyd etdiyimiz Ştrix-kodu beynəlxalq axtarış sistemində araşdırdıq və məlum oldu ki, belə bir ştrix-kod heç bir müəssiəyə verilməyib, yəni saxtadır!
Malın etiketində yazılan məlumata inansaq, bu yağları Azərbaycana Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyadov küçəsi 11 ünvanda yerləşən “Aqro Vest DC” MMC idxal edir.
Qeyd olunan yağın araşdırılması, markalanmasının qanunvericiliyimizin tələblərinə uyğunluğunun müəyyən olunması üçün “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) artıq rəsmi məktubla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri, cənab Qoşqar Təhməsliyə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırova  müraciət edib”.

E.Hüseynov alıcılara zeytun yağı alarkən diqqət etməli olduqları məqamları qeyd edib:
“Zeytun yağlarının alışı zamanı istehlakçılar bəzi məqamlara diqqət etməlidirlər.
Üzərinə “Virgin” yazılmış zeytun yağı fiziki üsulla sıxılan, ən yaxşı və ən təbii, çiy halda istifadə edilən məhsul sayılır. Bu yağ salatların, sousların, yeməklərin üzərinə əlavə etmək üçündür.
Üzərinə “Extra virgin” yazılan zeytun yağı “Virgin” kateqoriyasına aid olan ən keyfiyyətli yağdır. Bu yağ maksimum 27 dərəcə temperaturda alınır. Turşuluq dərəcəsi 1 faiz təşkil edir. Bu yağ da çiy halda istifadə edilmək üçündür.
Üzərinə “Refinado” yazılmış zeytun yağı rafinə edilmiş, saflaşdırılmış məhsuldur. Bu yağların sənaye emalı vasitəsi ilə dad keyfiyyətləri yaxşılaşdırılır,  ləzzəti artırılır və turşuluq nisbəti aşağı salınır. Rafinə zeytun yağı xörəkləri bişirmək, qızartmaq üçündür.
Əgər zeytun yağını xörək hazırlamaq üçün alırsınızsa rafinə edilmiş zeytun yağını seçmək məsləhətdir. Onun yanma temperaturu 240-270 dərəcədir. Çiy istifadə üçün isə “Virgin” kateqoriyasından olan yağlara üstünlük verilməlidir”.


7-08-2024, 11:27 106

Digər xəbərlər

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

Zakir Fərəcovun növbəti səyyar görüşü 42-ci məhəllədə keçirilib

Sumqayıtda kəsilmiş ağacların əvəzinə yeniləri əkilib, identifikasiya etiketi vurulub - FOTO

Sumqayıtda 201 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı

Əliyev və Putin görüşdü

Saray qəsəbəsində baş verən ağır qəza ilə bağlı rəsmi məlumat – 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Sumqayıtda avtobus sürücüsü narkotik qəbul edərək sərnişin daşıyırdı – VİDEO

Azərbaycan nefti bahalaşdı

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Dünən, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
7-10-2025, 13:47
7-10-2025, 11:27
7-10-2025, 11:00
7-10-2025, 09:59
6-10-2025, 17:09
6-10-2025, 14:48
6-10-2025, 13:15
1 2 3 4 5 6 7 8 9 10 ... 972