Sumqayıt Tibb Mərkəzində yeni tibbi xidmətlərin həcmi genişləndirilib

 

TƏBİB-in tibb müəssisələrində həyata keçirilən struktur yenilikləri çərçivəsində bu il bir sıra yeni şöbə və xidmətlər istifadəyə verilib.
Sumqayit.tv xəbər verir ki, yeniliklər sırasında Sumqayıtla bağlı xüsusi diqqət çəkən məqamlar da var.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Xəzər Tibb Mərkəzində keçirilən mediatur zamanı bildirib ki, ölkənin müxtəlif bölgələrində, o cümlədən Sumqayıtda tibbi xidmətlərin əlçatanlığını artırmaq məqsədilə yeni tibbi əməliyyatların icrasına başlanılıb.

Qeyd olunub ki, Sumqayıt Tibb Mərkəzində endoprotez əməliyyatlarının icrası aktiv şəkildə həyata keçirilir. Bu addım şəhər sakinlərinin daha əvvəl Bakıya üz tutduğu bir çox ortopedik əməliyyatların artıq yerli xəstəxanada aparılmasına imkan yaradır. Yeni xidmət xəstələrin növbə yükünün azalmasına və müalicəyə daha operativ çıxışa şərait yaradıb.

Bununla yanaşı, respublikanın digər tibb müəssisələrində də yeni şöbələr fəaliyyətə başlayıb. Uşaq Klinik Xəstəxanasında “Yenidoğulmuşların patologiyası” və “Yenidoğulmuşların reanimasiyası”, Sabunçu Tibb Mərkəzində “Üz-çənə cərrahiyyəsi” şöbələri açılıb. Bir sıra rayon xəstəxanalarında isə avastin inyeksiyası, uroloji əməliyyatlar, damar cərrahiyyəsi və oftalmoloji əməliyyatların icrasına start verilib.

Zamirə Ədilovanın sözlərinə görə, Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Travmatoloji Mərkəz yaradılıb, Şirvan, Cəlilabad, Astara, Sabirabad və digər bölgələr üzrə tibbi xidmətlərin spektri genişləndirilib.

Məlumatda bildirilib ki, aparılan yeniliklər xəstələrin müalicəyə əlçatanlığını artırmağı, tibbi xidmətlərin regionlar üzrə balanslı şəkildə inkişaf etdirilməsini hədəfləyir.


11-12-2025, 14:46 50

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086