Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon əlaqəsi saxlayıb.Sumqayit.tv xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, xüsusi ilə xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirdikləri görüşünü müzakirə ediblər.
Blinken ABŞ Ermənistan-Azərbaycan münasibətlərinə töhfə verməyə hazır olduğunu söyləyib.