Anar Kərimov Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirdi


Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov sentyabrın 3-də Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şahı ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib.
Sumqayit.tv xəbər verir ki, görüşdə həmçinin, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə, Britaniya Şurasının ölkə ofisinin rəhbəri vəzifəsinə təyin olunmuş Frensis Qardener-Trexo və Britaniya Şurasının əməkdaşı Dilarə İbrahimova iştirak edib.
Qonaqları səmimi salamlayan nazir Anar Kərimov ilk öncə Samr Şahı İordaniya üzrə Britaniya Şurasının ofis rəhbəri və Levant Klasterinin başçısı vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar və böyük nailiyyətlər arzulayıb.
Ölkəmizdə fəaliyyət göstərən Britaniya Şurasının mədəniyyət sahəsində həyata keçirdiyi layihələri yüksək qiymətləndirən nazir Azərbaycanın Britaniya Şurası ilə əməkdaşlığa önəm verdiyini və birgə fəaliyyətin Azərbaycan və Böyük Britaniya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə istiqamətləndiyini bildirib.
Səmimi qəbula görə nazirə minnətdarlığını ifadə edən Samr Şah Azərbaycanda çalışdığı müddətdə Şuranın əməkdaşları ilə birgə görülmüş işləri məmnunluqla vurğulayıb, mövcud əlaqələrin, səmərəli əməkdaşlığın növbəti illərdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib, nazirə və nazirliyin kollektivinə uğurlar arzulayıb.
Görüşdə, həmçinin Britaniya Şurasının ölkəmiz üzrə nümayəndəliyinin yeni rəhbəri ilə birgə fəaliyyətin uğurla həyata keçiriləcəyinə, əməkdaşlığın daha da genişləndiriləcəyinə inam ifadə edilib.
Görüş tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

4-09-2021, 19:24 180

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065