BAXCP Qarabağla bağlı bəyanat verdi


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti Şuşa-Laçın yolunda ekofəalların təşkil etdiyi aksiya ətrafında baş verən proseslərlə bağlı bəyanatla çıxış edib.
Sumqayit.tv
BAXCP-yə istinadən bildirir ki, bəyanatda deyilir: “Azərbaycan dövlətinin Qarabağ üzərində dövlət suverenliyini tam bərpa etməsi üçün əlverişli geosiyasi şərait yaranıb. Məhz indi, Qarabağda etnik təmizləmə və azərbaycanlılara münasibətdə soyqırım cinayətlərinin törədilməsi ilə yaradılmış qanlı seperatçı rejimin fəaliyyətinə son qoyulmalıdır. BAXCP hesab edir ki, Azərbaycanın silahlı qüvvələri Xankəndinə daxil olmayana və terrorçular tərkisilah edilməyənə qədər indiki şərtlər altında Qarabağda dövlət suverenliyimizin tam bərpası qeyri-mümükün görünür. Çünki regionda maraqları olan böyük güclər Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini və Qarabağ üzərində dövlət suverenliyinin bərpa olunmasını istəmirlər. Hazırda həmin dövlətlər Ukraynada müharibəyə cəlb olunduğundan Azərbaycan öz ərazisində dövlət suverenliyinin bərpası üçün antiterror əməliyyatları da daxil olmaqla qəti addımlar atmalıdır”.
BAXCP hesab edir ki, Ermənistanın baş naziri Paşinyan 10 noyabr 2020-ci il tarixli Birgə Bəyanatın icrası və sülh sazişinin imzalanması üçün müvafiq addımlar atmağa cəsarət etmədiyindən onun devrilməsi və revanşist qüvvələrin Ermənistanda hakimiyyətə gəlməsi reallığa çevrilməkdədir. Azərbaycan xüsusi missiya ilə Qarabağa göndərilmiş Ruben Vardanyanın Xankəndində “real hakimiyyəti” öz əlində cəmləməsinə imkan verməməlidir: “Revanşistlərin hakimiyyəti ələ keçirməsi gələcəkdə etnik ermənilərin yaşadığı Azərbaycan ərazilərində dövlət suverenliyimizin bərpası üçün daha çox əsgər və zabitimizin həyatını itirməsinə, yaxud danışıqların sonsuzluğa qədər davam etdirilməsinə yol aça bilər”.
BAXCP qardaş Türkiyə Respublikasını da Azərbaycanı yarı yolda buraxmamağa, Azərbaycanın ərazi bütövlüyünün tam təmin etməsi üçün Rusiya ilə ciddi danışıqlar aparmağa, ona təsir göstərməyə çağırıb

18-01-2023, 10:37 152

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041