Rəsmi Bakı Mirzoyanını riyakar adlandırdı


Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlər riyakarlığın bariz nümunəsidir.
Sumqayit.tv xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Ararat Mirzoyanın sözügedən çıxışına dair şərhində bildirilir.
“Ermənistan xarici işlər nazirinin Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifi ciddi təhdiddir. Ermənistan rəhbərləri tərəfindən müharibəyə çağırış ideyalarının yeni olmadığı məlumdur. Hələ 2019-cu ildə Ermənistan Baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır”, keşmiş müdafiə naziri Tonoyan isə “yeni torpaqlar üçün yeni müharibə” barədə fikirlər səsləndirib. Xarici işlər naziri Mirzoyanın hərbi həll variantını təklif etməsi Ermənistanın tarixdən dərs çıxartmadığını və 30 il müddətində Azərbaycan ərazilərini işğalda saxlamasının nə ilə nəticələndiyini hələ də anlamadığını göstərir. Ermənistan tərəfinin bu avantürasının qarşısının alınması zəruridir.
Görünür ki, 2020-ci il müharibəsindən sonra Ermənistanın üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması barədə (erməni silahlı qüvvələrini ərazilərimizdən tam çıxarmaması, Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətləri davam etdirməsi, Laçın yolundan sui-istifadə edərək hərbçilərin rotasiyasını həyata keçirməsi, Azərbaycanda mina təhdidini davam etdirməsi, təbii sərvətlərin qanunsuz istismarı, üçüncü ölkə vətəndaşlarının Azərbaycan ərazisinə qanunsuz keçidinə şərait yaratması və s.) Azərbaycan tərəfindən Avropa İttifaqı və digər beynəlxalq təşkilatlara, habelə Parlamentlərə təqdim olunmuş danılmaz faktlara bu qurumlar tərəfindən əhəmiyyət verilməməsi Ermənistan tərəfini növbəti dəfə cəsarətləndirib. Eyni zamanda, Ermənistan xarici işlər nazirinin bu çıxışının Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı bir sıra beynəlxalq çevrələr tərəfindən verilmiş yanlış, sülhü dəstəkləməyən və revanşizmi təhrik edən bəyanatlardan ruhlandığı aydın olur.
Ümumiyyətlə, müstəqillik qazanan dövrdən beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı hərbi təcavüz və kütləvi qırğınlar törədən, işğal altında olan şəhərləri və yüzlərlə kəndi viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, yüz minlərlə əhalini öz doğma torpaqlarından qovan, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyən Ermənistanın ərazilərimiz işğaldan azad olunandan sonra beynəlxalq hüquqa və beynəlxalq qaydalara istinad etməsi, beynəlxalq təşkilatlara üz tutması və müdaxilə etməyə çağırması absurddur.
Azərbaycanın təşəbbüskarı olduğu üç istiqamət üzrə danışıqlarda (bütün nəqliyyat kommunikasiyaların açılması, delimitasiya, sülh sazişinin imzalanması) Ermənistanın xoş niyyətlə iştirak etdiyi barədə xarici işlər naziri Mirzoyanın səsələndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyi yaxşı məlumdur. Ermənistan tərəfi sülh gündəliyi üzrə təkliflər irəli sürüləndən sonra aylarla müraciətlərimizə cavab verməməklə yanaşı, prosesin irəliləməsi üçün əməli addımlar atmayıb və müxtəlif bəhanələrlə davamlı olaraq prosesə maneçilik törədib.
Ermənistan tərəfinin növbəti dəfə guya Azərbaycanın “eksterritorial dəhliz” tələb etdiyi ideyalarını səsləndirməsi əsassızdır. Bir daha xatırladırıq ki, Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən, Ermənistanın “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması” üzrə öhdəliyi mövcuddur. Ermənistan öz ərazisindən maneəsiz hərəkətin təmin edilməsinə razılıq verib və bu öhdəliyinə əməl etməlidir. Eynilə, Azərbaycanın 8 kəndini və onlarla kv. km ərazilərini hələ də işğal altında saxlayan Ermənistan tərəfinin Azərbaycanın delimitasiya prosesinə sadiq olmadığını bəyan etməsi təəccüb doğurur.
Azərbaycanın sülh sazişi imzalamaq təklifinə 8 aydan artıq müddətdə cavab verməyən, daha sonra sülh sazişinin imzalanmasını adətən uzun müddət çəkən delimitasiya prosesi ilə şərtləndirən, müəyyən edilməmiş sərhəd bölgəsində demilitarizasiya zonasının yaradılmasını təklif edən Ermənistanın müxtəlif bəhanələrlə sülh sazişinə maneçilik törətməsi, müəyyən elementləri qabardaraq danışıqlar prosesinin mahiyyəti barədə çaşqınlıq yaratması narahatlıq doğuran məqamdır və Ermənistanın addımlarını bir daha ölçüb-biçməsi zəruridir.
Öz milli siyasətini azərbaycanlılara və türklərə qarşı nifrət zəminində qurmuş və bütün addımlarında bunu nümayiş etdirən, ümumiyyətlə ərazisində yaşayan bütün etnik xalqları məhv və deportasiya edən ölkənin Azərbaycanı ermənilərə qarşı nifrətdə təqsirləndirməsi qəbuledilməzdir.
Azərbaycanın məqsədinin guya “etnik təmizləmə” və erməni sakinlərin “deportasiyası” olduğu barədə əsassız iddialara gəldikdə, yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə və kütləvi qırğınlar həyata keçirmiş Ermənistan tərəfinin xalqların hüquqlarının təmin edilməsi sahəsində fikir söyləmək üçün mənəvi haqqı yoxdur.
Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar Ermənistan tərəfindən dəfələrlə səsləndirilmiş və sonuncu çıxış zamanı da təkrarlanmış ideyalarla əlaqədar qeyd edək ki, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Azərbaycanın suveren ərazisi olan Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə dinc etirazlar Azərbaycan xalqının legitim hüququdur. Erməni sakinlərin yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə fəaliyyətlərə son qoyulması zəruridir.
Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək“ - şərhdə bildirilir.

26-01-2023, 11:13 113

Digər xəbərlər

Yarım milyon manat mənimsəyən bacısını xilas etmək istədi: Özü dələduzluğun qurbanı oldu

Sumqayıtda məktəbli qıza qarşı əxlaqsızlıq edən gəncin cəzası ağırlaşdırıldı

Sumqayıtda fərdi evdə yanğın baş verib, zərərçəkən var

İlham Rəhimova sanksiya tətbiq edildi

ÇL: “Qarabağ” ərizəsini açıqladı, bu oyunçular çağırılmadı

Sumqayıtla bağlı avtobus problemi qalmaqdadır

Sumqayıtda qadın həkimin evi qarət edildi: 25 min manat oğurlandı

"Sumqayıt" üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı Sumqayıtda da keçiriləcək

Sumqayıtda yolun qanunsuz zəbt olunması ilə bağlı ŞİKAYƏT - FOTO

Bu gün Sumqayıtın, bu mikrorayon və məhəllələri də qazsız qalacaq

Sumqayıtda 750 abonentin qazı müvəqqəti kəsiləcək

Paralimpiya çempionuna FHN-in Sumqayıt Regional Mərkəzində vəzifə verildi

Aumqayıtda yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi kassasiya şikayəti verdi

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Dünən, 13:36
Dünən, 13:31
Dünən, 08:37
3-09-2025, 16:45
3-09-2025, 16:34
3-09-2025, 16:00
3-09-2025, 15:40
3-09-2025, 15:28
3-09-2025, 15:23
3-09-2025, 12:09
3-09-2025, 10:48
2-09-2025, 16:28
2-09-2025, 14:51
2-09-2025, 11:56
1-09-2025, 15:22
1-09-2025, 15:16
1-09-2025, 15:13
1-09-2025, 15:04
1-09-2025, 10:28
1-09-2025, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
1 2 3 4 5 6 7 8 9 10 ... 963