Azərbaycanlı deputat Ermənistanı sülh sazişi haqqında düşünməyə çağırıb


Hər gün Laçın dəhlizdən hər 2 istiqamətdə yük maşınları keçir.
Sumqayit.tv
-in məlumatında görə APA-nın London müxbiri xəbər verir ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Nigar Arpadarai Laçın yolundakı vəziyyətin müzakirəsi zamanı çıxış edib.
O Laçın yolu haqqında avropalı parlamentarilərə məlumat verərək bildirib ki, Qarabağda heç bir humanitar fəlakət mövcud deyil və bunun gələcəkdə baş verməsi riski də yoxdur: "Çünkü yol açıqdır. Hər gün dəhlizdən hər 2 istiqamətdə yük maşınları keçir. Azərbaycan ərzaq, dərman, əczaçılıq mallarının çatdırılması və mülki şəxslər üçün bütün imkanları təmin edir. Saxta blokada haqqında media dramını yeni separatçı lider, Rusiyadan çirkli pul yuyan, Qarabağla heç bir əlaqəsi olmayan, sanksiyalara məruz qalan şəxs səhnələşdirir. Onun adı Ruben Vardanyandır. Onun arxasında olan qüvvələrin bunu etməsinin səbəbi qanunsuz qaçaqmalçılığının həyata keçirmək, qaranlıq bizneslərini davam etdirmək və şəxsi maraqları üçün təbii sərvətləri vəhşicəsinə istismar etmək, talamaqdır".
Deputat qeyd edib ki, Qarabağ Azərbaycan hüquq məkanına nə qədər tez inteqrasiya etsə bütün tərəflər üçün bir o qədər yaxşıdır. Bu inteqrasiya regionda sabitliyə və sülhə töhfə verəcək və xarici qüvvələrin həm Azərbaycanın, həm də Ermənistanın işlərinə qarışma imkanlarını məhdudlaşdıracaq.
O, Ermənistan tərəfini Azərbaycanla sülh sazişi haqqında düşünməyə çağırıb.

27-01-2023, 13:05 245

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041