"Fransa Azərbaycana qarşı həmişə ögey münasibət bəsləyib" - POLİTOLOQ ŞƏRH ETDİ


Fransa Respublikasının Avropa və xarici işlər naziri Ketrin Kollonna Bakıya rəsmi səfər edib. Fransalı nazirin bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşü baş tutdu. Xanım nazirin Bakıya etdiyi səfərin tarixinə baxsaq, əsas məqsədin nədən ibarət olduğunu görə bilərik. Əvvəla onu qeyd etmək lazımdır ki, son 30 il çərçivəsində Azərbaycan və Fransa arasında müxtəlif sahələr üzrə əlaqələr mövcud olub. Amma təəssüflə deyə bilərik ki, bu əlaqələr özünü heç də artan temp üzrə göstərmədi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.
Onun sözlərinə görə, tarixin müxtəlif dönəmlərində bu iki dövlət arasında qırılma nöqtələri oldu: “Bakı ilə Paris arasında fikir ayrılıqları meydana gəldi. Zaman-zaman iki dövlət arasında gərginliklər yaşanıb və bu gün də yaşanmaqda davam edir. Düşünürəm ki, Fransanın xarici işlər nazirinin Azərbaycana səfəri bu iki ölkə arasında əsən soyuq küləkləri aradan qaldırmağa xidmət edir. Bildiyiniz kimi, Fransa Avropa Birliyinin aparıcı dövlətlərindən və BMT TŞ-nın beş daimi üzvündən biridir. Bununla yanaşı, Fransa hər zaman özünü dünyaya demokratiyanın carçısı kimi təqdim edib. Bunlara baxmayaraq Fransa həmişə Azərbaycana qarşı ögey münasibət bəsləyib. Ona görə hesab edirəm ki, bu iki dövlət arasında yaranmış bütün gərginliklərin səbəbkarı Parisdir”.
Politoloq sözlərinə davam edərək bildirib ki, Bakı isə öz növbəsində hər zaman Paris ilə münasibətlərini xoş müstəvidə inkişaf etdirməyə çalışıb: “Bundan başqa mən Fransa XİN-in Azərbaycana səfərini həm də onunla əlaqələndirirəm ki, o Bakıdan həm Ermənistan hakimiyyətinə, həm Qərb və Fransada olan erməni lobbisinə xoş müjdə vermək istəyirdi. Bildiyiniz kimi, aprel ayının 23-də Azərbaycan özünün suveren hüquqlarından istifadə edərək öz ərazisi sayılan Laçın şəhərində nəzarət-keçid məntəqəsi yaratdı. Bu, istər-istəməz həm Ermənistanı, həm də onun havadarlarını, xüsusilə də Fransanı narahat etdi. Fikrimcə, xanım nazir Azərbaycana təzyiq edərək o məntəqənin aradan qaldırılmasına nail olmaq istəyirdi. Beləliklə də Ermənistana xoş müjdə vermiş olacaqdı. Amma həm ölkə başçısı cənab İlham Əliyev, həm də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra Fransa rəsmisi Bakıdan əliboş qayıtdı. Azərbaycan öz qətiyyətli mövqeyini bir daha ortaya qoydu.

Fransa onsuzda son 30 ildə imicini kifayət qədər zədələyib. Əgər Fransa rəsmi Bakıya qarşı xoş münasibət göstərmək, əlaqələrini inkişaf etdirmək istəyirsə, zədələnmiş imicini özü bərpa etməlidir. Fransız nazir burada mətbuat konfransında çıxışı zamanı qeyd edir ki, biz son 30 ildə Azərbaycanın başının nə bəlalar çəkdiyini bilirik. Əgər sizin Azərbaycanın çəkdiyi dərdlərdən xəbəriniz varsa, o zaman niyə beynəlxalq platformalarda Ermənistanı bir dəfə belə qınamadınız?! Ölkə başçımızın dediyi kimi, bugünkü gündə Azərbaycan BMT-nin icra etmədiyi qətnamələri özü icra edib torpaqlarını işğaldan azad etdikdən sonra bütün dövlətlər üstümüzə düşməyə başlayıb. Fransa bu ayrı-seçkiliyi aradan qaldırmalıdır. Əks təqdirdə Azərbaycan və Fransa arasında münasibətlərin inkişaf edəcəyini düşünmürəm”.
Müəllif: Ləman Əlizadə

29-04-2023, 12:42 94

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964