Bu gün Moskvada Türkiyə ilə Rusiya arasında siyasi məsləhətləşmələr olacaq.Sumqayit.tv xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, nümayəndə heyətlərinə Türkiyədən xarici işlər nazirinin müavini Burak Akçapar, Rusiyadan isə xarici işlər nazirinin müavinləri Sergey Verşinin və Aleksandr Qruşko başçılıq edəcək.