Ceyhun Bayramov Macarıstanın həmkarı ilə görüşdü

 

Azərbaycan və Macarıstan XİN rəhbərləri görüşüb.
XİN-dən Sumqayit.tv-yə verilən xəbərə görə, 23 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində görüşlərdə və sammitdə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşü baş tutub.
Görüş zamanı Azərbaycan və Macarıstan arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən cari regional vəziyyət müzakirə edilib.
Azərbaycan və Macarıstan arasında siyasi, iqtisadi, nəqliyyat, ticarət, enerji təhlükəsizliyi, təhsil, humanitar və s. sahələr üzrə əməkdaşlığın yüksələn xətt üzrə inkişafını məmnunluqla qeyd edilib. İki ölkə arasında enerji təhlükəsizliyi, o cümlədən alternativ enerji sahəsində əməkdaşlığın inkişafı vurğulanıb.
Nazir Ceyhun Bayramov həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılmış son addımlar və sülh prosesinin perspektvləri barədə ölkəmizin mövqeyi barədə qarşı tərəfə məlumat verib. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan bərpa və yenidənqurma işlərində macar şirkətlərinin iştirakı alqışlanıb.
Nazir Peter Siyarto, Macarıstanın iki ölkə arasında strateji xarakter daşıyan münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu, bu xüsusda mövcud potensialdan istifadənin zəruriliyini qeyd edib. İkitərəfli iqtisadi komissiya üzrə aparılan işlərdən məmnunluq ifadə olunub. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna istinad edən nazir Peter Siyarto, bu xüsusda həyata keçirilən birgə layihələrin əməkdaşlığa töhfəsini vurğulayıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

23-11-2023, 17:00 173

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086