Demokratlar Partiyasının ABŞ prezidentliyinə namizədi Kamala Harris 4 sentyabrda “Foks Nyus”da keçiriləcək debatdan imtina edib.
Sumqayit.tv xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib.
“Bu qərardan təəccüblənmədim. Debat baş tutmasa da, eyni tarixdə seçicilərin suallarını tək cavablandıracam”, - Tramp deyib.